22-ci "bankir"

27.10.2012 | 3739 dəfə oxunub

Dünən Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilmiş "Bakı" - "İnter" görüşündə "bankirlər"in heyətində cari mövsümdə sayca 22-ci futbolçu meydana çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, söhbət oyunun 87-ci dəqiqəsində meydana daxil olan 19 yaşlı futbolçu Ruslan Cəfərovdan gedir. Gənc futbolçu daha öncə də çempionatın iki oyununda "İnter"in sifariş ərizəsinə daxil olsa da meydana çıxmayıb, lakin "Bakı"ya qarşı keçirilən matçda Ruslan komandanın heyətində rəsmi görüşlərdə debüt edib.
Xatırladaq ki, cari mövsümdə "İnter"in heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 11-ə çatdı. Bunlar -  Slavço Georgievski, Ruslan Əmircanov, Tales Şütz, Revaz Tevdoradze, Brüs Abdulaye, Xaynts Barmettler, Giorgi Adamiya, Fuad Bayramov, Djako Arafat,  Abdulla Abatsiyev və Ruslan Cəfərovdır.
 
Ümumiyyətlə, cari mövsümdə "İnter"in heyətində 22 futbolçu meydana çıxıb. Onlardan 9-u yerli oyunçu, 13-ü isə leqioner. Hər 9 oyunda əvəzetməsiz meydanda Vladimir Levin və Slavço Georgievski olublar. 776 dəqiqə meydanda Brüs Abdulaye, 722 dəqiqə Arif Daşdəmirov, 708 dəqiqə isə Arif Daşdəmirov keçiriblər.
 
Cari mövsümdə "İnter"in heyətində meydana çıxan ən gənc futbolçu 17 yaşlı Fuad Bayramov olub, komandanın heyətində meydanda çıxan ən yaşlı oyunçu isə 33 yaşlı qapıçı Giorqi Lomayadır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail