Kurban Berdıyev: "Neftçi”yə oynamağa imkan verməmək lazım idi"

26.10.2012 | 3500 dəfə oxunub

Avroliqanın qrup mərhələsində “Neftçi” oyundan sonra “Rubin”in baş məşqçisi Kurban Berdıyev mətbuat konfransı keçirib.

- Oyunu necə dəyərləndirərdiniz?
- İlk növbədə müsəlmanları Qurban bayramı münasibətilə təbrik edirəm. Gözlənildiyi kimi, gərgin oyun keçdi. Demişdim ki, “Neftçi” oynamağı bacarır və əks-hücumlardan istifadə edir. Qorxurduq ki, bunlar qolla nəticələnə. Öz imkanlarımızdan istifadə edə bildik.

- Məsciddə oldunuz?
- Bəli, bu gün olmuşam. 

- Yermoyenkonu niyə oynatmadınız? Onu “Anji” ilə görüş üçün qorudunuz?
- O, istirahət eləməyib, oyun öncəsi məşqdə zədələndi.

- Bəs Natxo ilə Orbaizi niyə qorumadınız?
- Qorxdum ki, “Neftçi”nin əks-hücumlarından qol buraxaq. Buna görə həmin yarımmüdafiəçiləri meydana saxladım.

- Biz “Neftçi”nin oyunundan razı qalmadıq. Bəs siz?
- “Neftçi”yə oynamağa imkan verməmək lazım idi. Biz də bunu bacardıq. 

- Komandanız “Neftçi”ni hansı komponentlərdə tam zərərsizləşdirdi?
- Mən “Neftçi”dən yox, daha çox “Rubin”dən danışmaq istəyirəm. 

- Güclü klublar azarkeş amilindən yararlanırlar. “Rubin”də start təzyiqinin olmamağı nə ilə bağlıdır?
- Mən demişdim ki, “Neftçi” yaxşı müdafiə olunur. Boş zonalar çox az idi. Biz onları tapıb, istifadə etməyə çalışırdıq. 

- Azarkeşlərin stadionda azlığı sizi narahat etmir?
- Yəqin ki, bu son vaxtlar uğursuz çıxış etməyimizlə bağlıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail