"Neftçi" ilə oyunda yaxşı nəticəyə ümid edirik"

25.10.2012 | 5878 dəfə oxunub

Azərbaycan kubokunun 1/16 final mərhələsində “Ağsu”nu turnirdən kənarlaşdıran “Tərəqqi”nin uğurunda Orxan Babayevin rolu az olmadı. Stadium.az xəbər verir ki, 3:1 hesabı ilə yekunlaşan matçda hücumçu vurduğu iki qolla qələbəyə öz töhvəsini verdi. Babayev fikirlərini "Kəpəz"in rəsmi internet saytı ilə bölüşüb: "Bizim üçün revanş oyunu idi. Qələbə qazanıb, çempionatdakı məğlubiyyətin əvəzini çıxdıq. Hər oyunda hücumçudan qol gözləyirlər. Mən də çalışıram qol vurmasam belə komandaya qələbə qazanmaqda kömək edim.Vurduğum ikinci qol epizodunda, düzdü, qapıçının da səhvi vardı. Sürətimə inanırdım və ona görə də qolkiperin üstünə sona kimi gedib, topu təqib etdim".  

Forvard 1/8 final mərhələsində rəqibləri olacaq “Neftçi” haqda da fikirlərini bölüşüb: “Bilirsiniz ki, növbəti mərhələdə rəqibimiz “Neftci” olacaq. Hamı onları favorit hesab edir. Biz də bakılılarla oyunda yaxşı nəticəyə ümid edirik. Qarşımıza məqsəd qoyulmayıb. Öz adımız üçün oynayırıq. Üzərimizə düşən əsas iş bacardıqca yaxşı çıxış etməkdir. Klub rəhbərliyi də sağ olsun, komandaya dayaqdılar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail