"Bakı" - "İnter". 26-cı oyun

25.10.2012 | 3135 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 10-cu turunun qarşıdan gələn "Bakı" - "İnter" görüşü hər iki komanda üçün sayca 26-cı olacaq. Stadium.az "bankirlər"in rəsmi internet saytına istinadən xəbər verir ki, bunadək komandalar bir-birilə 25 dəfə qarşılaşıb, 22 oyun çempionat çərçivəsində keçirilib və 3 matç isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 8 dəfə məğlub edə bilib, "Bakı" isə 11 qələbəyə malikdir ( qeyd edək ki, bu qələbələrin biri oyuna əlavə olunmuş vaxtda əldə olunub, bir qələbə isə texniki olub). 25 oyunun 6-sı heç-heçə ilə başa çatmışdı.  Vurulan topların fərqi "Bakı"nın xeyrinədir-22:13.
 
                   Komanda    O     Q      H    MToplar
                      “İnter”    25      8      6    11 13-22
                      “Bakı”    25     11      6     8 22-13
 

Komandalar ilk dəfə 2004/05 mövsümündə çempionat çərçivəsində üz-üzə gəlib. Həmin  görüş 0:0  hesabıyla başa çatıb. “İnter” və "Bakı" qarşıdurmasında ilk qolun müəllifi "Bakı" klubunun gürcüstanlı yarımmüdafiəçi Aleksandr Qoqoberişvili olub.

 Xatırlardaq ki, ötən mövsümdə komandalar 4 dəfə qarşılaşıblar və  2 oyun "Bakı"nın qələbəsilə başa çatıb-3:0 ( +:-), 1:0, 2 oyunda isə "İnter" qalib gəlib- 1:0, 1:0. "Bakı" -"İnter” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 25 görüşün 12-də qeydə alınıb.
 
 Bunadək komandaların keçirdiyi oyunların cədvəlini sizin diqqətinizə çatdırırıq:
 
    Mövsüm          Oyun  Hesab                Qollar müəllifləri
2004/05
“İnter”-“Bakı”    0:0             ---
2004/05
“Bakı”-“İnter”    2:0          35' 53' A.Qoqoberişvili
2004/05
“İnter”-“Bakı(k)   1:2(ə.v)
53' V.Makovskiy- 4' L.Qomeş, 115'A.Ladaqa
2005/06
 “Bakı”-“İnter”    1:0             18' A.Qoqoberişvili
2005/06
“İnter”-“Bakı”    0:1              27' E.İmaməliyev
2006/07
“Bakı”-“İnter”    2:0      62' L.Qomes, 76' R.Əmirbəyov
2006/07
“İnter”-“Bakı”    0:1                    70' F.Peres
2007/08
“Bakı”-“İnter”    0:0                          ---
2007/08
  “İnter”-“Bakı”    1:0                  90'P.Zlatinov   
2008/09
 “Bakı”-“İnter”    0:0                           ---
2008/09
 “İnter”-“Bakı”    0:1                   25' F.Peres
2009/10
 “İnter”-“Bakı”    1:0                 32' Leo Roşa
2009/10
 “Bakı”-“İnter”    2:0                62' Jaba, 79' E.Skuliç
2009/10
 “İnter”-“Bakı”    1:1 17' (aq) S.Yunioğlu- 1' Jaba
2009/10
 “Bakı”-“İnter”(k)    0:1                 61' A.Məmmədov
2009/10
 “İnter”-“Bakı” (k)    1:3
51' A.Gutyerez- 27' V.Sofroni, 56' Jaba, 66' (aq) M.Zaqorac
2009/10
 “Bakı”-“İnter”    0:0                            ---
2010/11
  “İnter”-“Bakı”    1:0                   5' D.Assioli
   2010/11 “Bakı”-“İnter”    1:2
51' S.Borbikoni-73'(aq) S.Borbikoni, 81' B.Çervenka
   2010/11“İnter”-“Bakı”    1:1       82' R.Poşkus- 9' Jaba
   2010/11 “Bakı”-“İnter”    0:1            26' R.Əmiraslanov
   2011/12 “İnter”-“Bakı”0:3(-:+)                             ---
   2011/12“Bakı”-“İnter”    1:0                  12' V.Junior
   2011/12“Bakı”-“İnter”    0:1                  34' İ.Niasse
   2011/12“İnter”-“Bakı”    1:0               65' B.Tsxadadze
 
Azərbaycan çempionatında "İnter"ə qarşı keçirilən ev oyunlarında “Bakı” üstünlüyə malikdir. Belə ki, 11 qarşılaşmada ev sahibləri  5 dəfə qələbəyə seviniblər. 3 matçda "İnter" qələbə qazanıb. Digər 3 oyun isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi "Bakı"nın xeyrinədir-9:4.
 
Qeyd edək ki, "Bakı"-"İnter" matçı oktyabrın 26-da keçiriləcək. Oyun saat 16.00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail