"Əliyar Ağayev həmin gün meydana "Qarabağ"ın formasında çıxmalıydı"

25.10.2012 | 4452 dəfə oxunub

"Bakı"nın baş meneceri Zeynal Məmmədov Topaz Premyer Liqasının IX turunda "Qarabağ"a qarşı keçirilən oyun zamanı baş hakim Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb. Stadium.az xəbər verir ki, klub rəsmisi gənc referinin Ağdam təmsilçisi ilə oyuna "Qarabağ"ın formasına çıxmalı olduğunu bildirib:

"İndiyə kimi hörmət etdiyim yeganə hakim Əliyar Ağayev idi. "Qarabağ"la görüşdə hər şeyə nifrət etdim. Ötən mövsüm ölkə kubokunun finalında Ağayev ağır yükü öz üzərinə götürməyi bacarmışdı. Ancaq inanmazdım ki, o belə qərəzli hakimlik edə bilər. Oyun gedə-gedə öz-özümə sual verirdim ki, "bu, Əliyar Ağayevdi, yoxsa başqası?". Əliyar həmin gün "Qarabağ"ın formasını geyib, meydana çıxmalıydı. Hamı bunu dəqiq anlasın. 3 dəfə hücuma keçdik, qərəzli ofsayt qeydə aldılar. Konkret bizə dedilər ki, cərimə meydançasına girməyin, xeyri yoxdu. Penalti epizodu isə laysmanın 5-6 metrliyində baş verir, bayraq qalxmır. Ancaq Əliyar bir qədər gözləyir və "nöqtə"ni göstərir. Əliyev həmin gün məqsədli şəkildə meydana çıxarılmışdı. Təəssüf ki, onun kimi hakimi belə çirkin işlərə sövq edirlər. Amma biz hakimlərimizin geri deyil, irəli getməsini düşünməliyik. Yenə deyirəm, bu, penalti söhbəti deyildi".

Futbol+


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail