Böyükağa Hacıyev: "Kazana uduzmağa gəlməmişik" - MÜSAHİBƏ

24.10.2012 | 3964 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Rubin"lə oyundan qabaq KİV nümayəndələrinin suallarını cavablandırdı.

- "Kəpəz"lə oyundan sonra bütün diqqətimizi "Rubin"lə oyuna həsr eləmişik. Çalışacağıq ki, sabah uğurlu çıxış edək.

- "Rubin"in Rusiya çempionatında uğursuz çıxış etməsi nə qədər sizin lehinizə işləyə bilər?

- Unutmaq lazım deyil ki, "Rubin" ikiqat Rusiya çempionudur. Baş məşqçi Kurban Berdiyev çox yaxşı komanda yaradıb.

- Nəyə görə sizin bütün məşqiniz mətbuat üçün açıq olacaq? Axı, adətən məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olur?

- Biz həmişəki kimi yenə də qapalı məşq etməyəcəyik. Çünki başqalaraından fərqli olaraq, biz səfərə gəlməmişdən əvvəl hansı taktika ilə oynayacağımızı müəyyənləşdiririk. Bizim Bakıda çox yaxşı bazamız var. Ora futbolçulardan başqa heç kim buraxılmır. Buna görə də orada hazırlığımız mövsüm ərzində gedir.

- Tərlan Quliyev sabah oynayacaq?

- "Neftçi"də bir çox gənc futbolçular var, onlar müxtəlif milli komandalarda çıxış edirlər. Biz çalışırıq ki, bu futbolçuları önə çəkib, futbolumuzun inkişaf etməsində köməklik göstərək.

- "Neftçi" 36 ildən sonra yenidən "Rubin"lə oynayacaq. Buna kimi 4 oyunun heç birində təmsilçimiz rəqibə uduzmayıb...

- Bu tarixi bir oyundur. Vaxtilə mən özüm də bu şəhərdə "Rubin"ə qarşı çox oynamışam. Eləcə də baş məşqçi Kurban Berdiyevə qarşı, amma zaman dəyişib. İndi futbol tamamilə dəyişib, amma bütün məsuliyyətimlə deyirəm ki, bura uduzmağa gəlməmişik.

- Heyətdə olan dörd Cənubi amerikalı və Vobayın öyrəşmədiyi havada bu futbolçulara oynamaq çətin olmayacaq?

- Mən təbiətlə mübarizə apara bilmərəm. İnsan düşdüyü mühitə öyrəşməyi bacarmalıdır. Bunlar sabah oyuna qədər məşq edib, bu problemi yoluna qoyacaqlar.

- "Rubin" - "Neftçi" qarşılaşmasını bir neçə gün əvvəl keçirilən Rusiya - Azərbaycan oyunun davamı saymaq olar?

- Azərbaycan millisini Berti Foqts çalışdırır, "Neftçi"nin baş məşqçisi isə Böyükağa Hacıyevdir. İl yarımdır buradayam, nə vaxt görmüsüz ki, mən müdafiə futbolu oynadım? Bunu heç "İnter"ə qarşı etmədim. 

- "Rubin"də hansı oyunçuları fərqləndirə bilərsiz?

- Mən "Rubin"i "Neftçi"dən çox tanıyıram. Son 7-8 oyunlarına baxmışam. Hər bir məşqçi xoşbəxt olar ki,  onun komandasında Rondon kimi futbolçu olsun. "Rubin" indi daha çox hücum futbolu oynayır, Berdiyev yeni oyun fəlsəfəsi aşılayır, bunun uğurunu görəcək.

- Kurban Berdiyev - Stramaççoni, bunlardan hansının adı Böyük həriflərlə yazılmalıdır?

- Əlbəttə ki, Kurban Berdiyevin. Onları müqayisə etmək mümkün deyil. Bir məşqi klubda 12 il baş məşqi işləyirsə, onu ancaq Ferqyussonla müqayisə etmək olar.

- Mən burada yerli xanım jurnalistlərdən biriylə mərc eləmişəm, "Neftçi" uduzsa, uduzduğum insana "Neftçi"nin şərfini verməliyəm. Sabah stadiona "Neftçi"nin şərfini gətirim?

- Biz udsaq belə, sən şərfi qadına verməlisən.

Vüsal BƏBİRLİ, KAZAN



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail