Buffon: "Zərbə o qədər gözəl alındı ki..."

24.10.2012 | 3255 dəfə oxunub

Dünən Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə Danimarka çempionu "Norşellan"la bərabərə qalan (1:1) "Yuventus"un qapıçısı Canluici Buffon qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, Buffon nəticədən narazıdır:

"Mən nəticəyə və buraxdığımız qola görə çox əsəbiyəm. Bu cərimə zərbəsindən yan qaçmalıydıq. Çünki aydın məsələ idi ki, rəqib bizə ancaq belə qol vura bilərdi. Amma etiraf etmək lazımdır - zərbə o qədər gözəl alındı ki, mən heç nə edə bilməzdim. İlk yarı bərabər səviyyədə keçdi. Amma fasilədən sonra meydanda ancaq 1 komanda var idi. Lakin buraxdığımız bir səhv nəticəyə təsir etdi. Çempionlar Liqasında asan oyun olmur. Həmin "Norşellan" "Çelsi" ilə 75 dəqiqə ərzində bərabər səviyyədə mübarizə aparıb. İndi qrupdakı vəziyyətimizi düzəltmək üçün qarşıdakı oyunlarda qələbə qazanmalıyıq".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail