İnyesta: "Biz qələbə qazanmasaydıq, bu, ədalətsizlik olardı"

24.10.2012 | 3282 dəfə oxunub

Dünən Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində öz meydanında "Seltik"i çətinliklə məğlub edən (2:1) "Barselona"nın aparıcı üzvü Andreas İnyesta qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, İnyesta qələbəyə layiq olduqlarını düşünür:

"Qol vurduqdan sonra "Seltik" tamamilə öz qapısına çəkildi. Bu səbəbdən də biz rəqib müdafiəsini yarmaqda çətinlik çəkirdik. Amma çətinliklə də olsa, istəyimizə çatdıq. Düşünürəm ki, biz qələbə layiq idik. Əks halda, bu, ədalətsizlik olacaqdı. Oyunun gedişində qələbə qolunu vuracağımıza əmin idik. Lakin bu, daha erkən də baş verə bilərdi. Amma yalnız son anda istəyimizə çatdıq. Müdafiə xəttimizə yönələn tənqidlərlə razı deyiləm. Unutmayaq ki, komanda bütünlüklə hücuma atılarkən, arxa xəttdə ehtiyatsızlığı əldən vermək mümkündür. Bartra və Maskerano fantastik oynadılar. Əvvəldən qarşımıza 3 oyunda 9 xal qazanmağı məqsəd qoymuşduq. Şadam ki, istəyimizə çatdıq. Qrupumuzda hazırda vəziyyət əladır. Bundan yaxşısını düşünə belə bilməzdik".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail