“Tərəqqi” revanş arzusunda

23.10.2012 | 3781 dəfə oxunub

“Tərəqqi” Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində Ağsunun eyni adlı təmsilçisi ilə keçirəcəyi oyunla bağlı hazırlıqlarını davam etdirir. Stadium.az "Kəpəz"in rəsmi internet saytına istinadən xəbər verir ki, Vasif Vəliyevin yetirmələri gündə bir dəfə olmaqla məşq edir. Komanda hazırlıq prosesini Gəncə şəhər stadionunda keçir. Bu gün aşağı divizion klubu kubok matçı öncəsi son məşqinə çıxıb.
İsinmə hərəkətləri ilə başlayan məşq, müəyyən fiziki təmrinlərin yerinə yetirilməsi ilə davam etdirilib. Bununla da məşqin ilk bölümünü yekunlaşdıran futbolçular ardından baş məşqçinin təlimatına uyğun olaraq, ikitərəfli oyunda qarşı-qarşıya gəliblər. Yeri gəlmişkən, baş məşqçinin özü də futbolçulara qoşularaq ikitərəfli oyunda iştirak edib.
Qeyd edək ki, bir müddət öncə çempionat oyununda Gəncədə “Ağsu”ya minimal hesabla məğlub olan “Tərəqqi” futbolçuları kubok matçına revanş arzu ilə çıxacaqlar. “Tərəqqi” qarşıdakı oyunda meydan amilindən istifadə edərək qələbə qazanmaqla, mərhələ adlamaq fikrindədir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail