AFFA Ramiz Məmmədovu 4 oyunluq cəzalandırdı

23.10.2012 | 4202 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdajkı qərarlar qəbul olunub: 

19 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun “Qala” – “Şuşa” matçında “Qala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunur(maddə 40).
20 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun “Tərəqqi” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
21 oktyabr 2012-ci il, Futzal üzrə Azərbaycan birinciliyinin “Spartak” – “Metro Air” matçının 12-cu dəqiqəsində “Metro Air” klubunun 5 №-li futbolçusu Seymur Müslümov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 12-ci dəqiqəsində “Spartak” klubunun 7 №-li futbolçusu Ramiz Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
15 oktyabr 2012-ci il "Azercell U-17 Liqa"nın “İnter” – “Xəzər Lənkəran” matçının 48-ci dəqiqəsində “İnter” klubunun 13 №-li futbolçusu Kərim Əliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Matçın 80-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 1 №-li futbolçusu Peyman Məmmədzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).
18 oktyabr 2012-ci il U-16 Liqasının “Turan” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun 25 №-li futbolçusu Fazil Hüseynli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 oktyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın “Şahdağ” – “Sumqayıt” matçının 5-ci dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Bahəddin Yaqubov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
16 oktyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın “Simurq” – “Vətən” matçının 30-cu dəqiqəsində “Simurq” klubunun 9 №-li futbolçusu Cəbrayıl İsayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
20 oktyabr 2012-ci il U-14 Liqasının “Vətən” – “Bakı 008” matçının 23-cü dəqiqəsində “Bakı 008” klubunun 9 №-li futbolçusu Eldar Əmirbəyov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
20 oktyabr 2012-ci il U-14 Liqasının “Abşeron” – UGİM (Abşeron) matçında UGİM (Abşeron) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir  (maddə 56).
20 oktyabr 2012-ci il U-14 Liqasının “Şahdağ” – UGİM (Quba) matçında UGİM (Quba) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
20 oktyabr 2012-ci il U-14 Liqasının “Göyçay OK” – UGİM (Şamaxı) matçının 48-ci dəqiqəsində “Göyçay OK” klubunun 2 №-li futbolçusu Sadiq İbrahimov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
20 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının UGİM (İsmayıllı) – “Təhsil” (Oğuz) matçının 40-cı dəqiqəsində “Təhsil” (Oğuz) klubunun 5 №-li futbolçusu Nüsrət İsmayıllı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
21 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının UGİM (Ağcabədi) – UGİM (Mingçevir) matçının 14-cü dəqiqəsində UGİM (Mingəçevir) klubunun 3 №-li futbolçusu Şamxal İldırımlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail