Alviz 15-ci oldu

23.10.2012 | 2706 dəfə oxunub

Topaz Premyer Liqasının IX turunda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edən “Xəzər Lənkəran” mövsümdə ilk dəfə penalti vurdu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, rəqib qapısına təyin olunan zərbəni dəqiq yerinə yetirən Roberto Alviz nəinki 2012/13 mövsümündə, ümumiyyətlə 2012-ci ildə komandasına verilən ilk şansı dəyərləndirdi.
 
Belə ki, “Xəzər Lənkəran” sonuncu dəfə ötən il 11 metrlik zərbə vurmaq imkanı qazanıb. Bu, ötən il dekabrın 21-də baş vermişdi. Premyer Liqanın XVIII turunun “Bakı” ilə oyununda Branimir Subaşiç dəqiq olmaqla 3:0 hesablı qələbənin təməlini ilk qolla qoymuşdu. “Xəzər Lənkəran” bu dəfəki penaltini 305 gün gözləməli olmuşdu.
 
Ümumilikdə isə “Xəzər Lənkəran” yarandığı gündən müxtəlif turnirlərdə 32 penalti zərbəsi vurub. Oyunsonrası penaltilər seriyaları nəzərə alınmamaqla hesablanan bu 32 zərbədən yalnız 4-ü dəqiq olmayıb. “Qəbələ” ilə oyuna təsadüf edən 32-ci penalti 28-ci qolun vurulması ilə nəticələnib. İlk dəfə belə imkan qazanan Alviz “Xəzər lənkəran”da penalti vuran 15-ci oyunçu oldu.
 
                   “Xəzər Lənkəran”ın penaltiləri
 
  FutbolçuPenaltiQol
Zaur Ramazanov87
İvan Tsvetkov55
Oqtay Dərəlioğlu44
Samir Əliyev22
Mario Souza21
Branimir Subaşiç22
Mahmud Qurbanov11
Bəxtiyar Musayev11
Miroslav Saviç10
Allan Lalin10
Vyaçeslav Lıçkin11
Roberto Alviz11
Julius Vobay11
Yakuba Bamba11
Katalin Lita11
15 futbolçu3228



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail