AFFA-dan "Bakı" rəsmilərinə ağır cəza

22.10.2012 | 3848 dəfə oxunub

AFFA İntizam Komitəsi "Qarabağ" - "Bakı" oyunundan sonra baş vermiş insidentə hüquqi qiymət verib. Stadium.az xəbər verir ki, AFFA-nın rəsmi saytından yer alan xəbərdə deyilir: 

20 oktyabr 2012-ci il Topaz Premyer Liqasının IX turunun “Qarabağ” - “Bakı” matçı başa çatdıqdan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə “Bakı” klubunun mühafizəçisi (Elvin Fətullayev) matçın baş hakiminə fiziki təsir göstərib (yumruqla zərbə endirib). Həmin şəxs polislər tərəfindən yaxalansa da, “Bakı” klubunun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşıb. Bu hadisənin “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir edib və onlara hədə-qorxu gəliblər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

1. “Bakı” klubunun mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur (maddə 10.6, maddə 38).
2. “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə hər bir şəxs 10 oyunluq cəzalanır, klub 16 000 manat cərimə olunur (maddə 44.2, maddə 8). Adıçəkilən şəxslərin cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilir (maddə 21).
3. PFL baş vermiş hadisədə ilə əlaqədar hüquq mühafizə orqanlarına məlumat versin.
4. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsinin fəaliyyətinin qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.
5. Analoji hadisənin baş verəcəyi təqdirdə “Bakı” klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaqdır:
- Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi.
- Klubun aktivindən xalların silinməsi.
- Klubun yarışlardan kənarlaşdırılması.
 
Qeyd: Baş vermiş hadisə bir neçe vidoekamera vasitəsi ilə qeydə alınmış və öz təsdiqini tapmışdır.






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail