Georgi Nikolovdan Berti Foqtsa qeyri-adi təklif

19.10.2012 | 3408 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolov milli komandamızın Rusiyaya qarşı keçirdiyi son oyunla bağlı bloq yazıb. Stadium.az xəbər verir ki, Nikolov Foqtsa maraqlı təklif irəli sürüb. Nikolovun bloqunu qısa ixtisarla təqdim edirik:

Rusiya - Azərbaycan qarşıdurmasının ilk dəqiqələrində buna inanmaq istəyirdik.

İlk 10 dəqiqəni entuziazmın qanadlarında keçirdik, 4 künc zərbəsi yerinə yetirdik, Akinfeyevi ciddi şəkildə narahat etdik və bununla da uçuş yekunlaşdı. Təəssüf ki, 15 dəqiqədən sonra hər şey köhnə qaydada davam etdi və aydın göründü ki, bizim raketimiz daha bacarmır.

Bundan sonra isə sual yalnız vaxtla bağlı idi - ruslar istəklərinə nə vaxt çatacaqlar. Şərhçinin də haqlı olaraq dediyi kimi, "Rusiya ona lazım olan hesabla qalib gəldi".

Makedoniyalı İsgəndərin qohumu qərarında haqlı idi, ya yox - bunun heç bir əhəmiyyəti yoxdur. Qatar getdi... Bizimkilərin oyunu heç cür alınmırdı və Herr Foqtsun mətbuat konfransındakı eyhamını "Meydan sahibləri fiziki cəhətdən daha güclü idi" deməsini isə bir qədər narahatlıqla qəbul etmək lazımdır.

Yeri gəlmişkən, əgər klublar yenə də fiziki cəhətdən günahkar çıxarılacaqlarsa mən belə bir qeyri-adi eksperiment təklif edirəm. Qoy, Lüksemburqa qarşı oyunda Foqts meydana "İnter"i buraxsın və baxaq görək ki, kim fiziki cəhətdən zəifdir". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail