"Simurq"un baş məşqçisi: "Bizim heyətimiz “Bakı”, “Neftçi”, “İnter” kimi hələ tam oturmayıb"

18.10.2012 | 6756 dəfə oxunub

Ötən mövsüm ilk “altılıq”ın bir addımlığından qayıdan "Simurq"un əvəzedici komandasının yeni baş məşqçisi Rövşən Babayev klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, gənc mütəxəssis rəhbərlik etdiyi kollektiv, o cümlədən “Simurq”un Uşaq Futbol Məktəbi haqqında sualları ətraflı cavablandırıb. 

 

Necə oldu ki, “Simurq”un əvəzedici heyətinə baş məşqçi təyin olunduz?

- Bildiyiniz kimi, buna qədər “İnter”də çalışırdım. Orada Uşaq Futbol Məktəbinin rəhbəri idim. Mövsümün sonunda “Simurq”dan əvəzedici heyətin baş məşqçisi işləmək təklifi gəldi. Mən də dəvəti dəyərləndirdim və burada həm Uşaq Futbol Məktəbinin, həm də əvəzedici heyətin rəhbərliyi mənə tapşırıldı. Ondan sonra Zaqatalaya gəldim, heyətlə, şəraitlə tanış oldum və işimə başladım.

Bundan sonra komandanın heyətində köklü dəyişikliklər etdiniz. Həmin vaxt futbolçuların seçim prosesini, komplektləşdirməni necə apardınız?

- Burada işimə iyulun 2-dən başlamışam. Həmin vaxt artıq əvəzedici heyət üçün yaşı ötmüş futbolçular var idi. Mənim də qarşıma ilk iş, məhz onların əvəzinə komandaya yaşı daha az olan oyunçular cəlb etmək və gələcəkdə əsas komandaya yeni üzvlər yetişdirmək tapşırığı qoyulmuşdu. Bildiyiniz kimi əvəzedicilərin çempionatında limit 20 yaşa qədərdir. Buna əsasən proqram hazırladıq və klub prezidentinə təqdim elədik. Anar müəllimdə tanış oldu və razılıq verdi ki, komandada köklü dəyişikliklər edək  və əsasda üstünlüyü bölgə futbol məktəblərinin yetirmələrinə verək. Bundan sonra işə başladıq. Çox sevindirici haldır ki, Zaqatala kəndlərinin hamısında futbol oynanılır. Məşqlərdən sonra uşaq məşqçiləri ilə birlikdə ətraf zonaları gəzdik və istedadlı uşaqları futbol məktəbimizə cəlb elədik. Onun da əsasında komandaları formalaşdırdıq. İlk seleksiya işimiz məhz bu oldu ki, bu zonalardan uşaqları seçdik. Üstünlüyüdə əsasən 1994-95-cı il təvəllüdlü futbolçulara verdik.

Komandamız artıq 8 oyunun 7-də qalib gəlməklə, 2-ci pillədə qərarlaşıb. Baş məşqçi olaraq yetirmələrinizdən razısızmı?

- Bilirsizmi, bizim komandamız yeni formalaşıb. Bu cür kollektivlərin də səhvləri və çatışmazlıqları olur. Mənim rəhbərlik etdiyim komandanın heyəti “Bakı”, “Neftçi”, “İnter” kimi hələ tam oturmayıb. Biz bu uşaqları cəmi 3 ay ərzində formalaşdırmışıq. Hələ də seleksiya işləri davam edir. Heyətə cavan futbolçular cəlb edirik. Qarşımıza məqsəd qoyulub ki, ilk “altıq”a düşək. Bu səbəbdən də heyəti formalaşdırmaq işləri il boyu davam edəcək. Həmçinim gələcəkdə məqsədimiz hər il əsas komandaya minimum 2-3 futbolçu verək.

Uşaq Futbol Məktəbində vəziyyət nə yerdədir?

- Hazırda bizim məktəbdə əvəzedici komandadan başqa, U-11, U-13, U-14, U-15 və U-17 qruplarımız var. Bura gələndən sonra ilk işlərimdən biri məşqçilərin bilikləri və komandalarında olan futbolçuların sayı ilə tanış olmaq oldu. Daha sonra bütün müəllimlərlə birlikdə Qax rayonuna ezam olunduq. Bildiyimiz kimi ora da futbol zonası hesab olunur və istedadlı futbolçular yetişdirən rayonumuzdur. Baxmayaraq ki, “Qəbələ” klubunun akademiyyası qabağımızı bağlayıb, bütün istedadlı uşaqları seçib aparır. Qax Uşaq Futbol Məktəbinin rəhbərliyi ilə danışıqlar apardıq. Sağ olsunlar, razılıq verdilər ki, biz onlardan müxtəlif yaş qruplarına istedadlı uşaqları seçək. Bundan sonra seleksiya işinə başladıq, iki-üç məşqlərində iştirak etdik və bizə lazım olanları komandalarımıza cəlb elədik. Artıq çempionata start verilib. Deyə bilərəm ki, bizim komandalar yarışlara tam hazırdır. İstəyirik ki, bu mövsüm yaxşı iştirak edək və gələcəkdə əvəzedicilərə kənardan deyil, aşağı yaş qruplarından  gələn futbolçuları seçək. Bu il əsas işlərimizdən biri də bu olacaq ki, məşqçilərimizi kateqoriya almaq üçün kurslara göndərək. Fikrimcə, ən əsas məsələlərdən biri məhz budur ki, müəllimlərin bilikləri artırılmalıdır. Klubun prezidenti Anar müəllimdə sağ olsun, bizə razılıq verdi ki, onları oxumağa göndərək.     

İşlərinizlə bağlı hansı çətinliklərlə üzləşirsiz?

- Hər bir yeni yerdə çətinliklər olur. Bu olmasa işləməkdə mümkün olmaz. Əlbəttə ki, var. Ən birincisi elə odur ki, komandamız hələ tam formalaşmayıb. Yetirmələrim hələ o səviyyəyə çatmayıb ki, onlardan çox şey tələb edim. Ürək açan odur ki, bü gun “Simurq”u tanıyırlar, bizdən danışırlar.

Bir məşqçi kimi, yeniyetmə uşaqları komandalara götürəndə hansı kriteriyalara əməl edirsiniz? Bununla bağlı xüsusi qaydalarınız var?

- Ümumiyyətlə, bununla bağlı xüsusi qaydalar var. Bizdə eyni metodika ilə işləyirik. AFFA-dan verilən “Elit məşqlər”lə bağlı kitablarımız var. Onlar əsasında işləyirik. Məşqçilərdən də həmin strukturlar çərçivəsində futbolçular seçilməsini tələb edirik. Məsələn, müraciət edən uşaqların cəldliyinə, kordinasiya hərəkətlərinə, sürətinə, atletik vəziyyətlərinə baxırıq, bunlara uyğun müxtəlif tapşırıqlar veririk. Onların bacarığını tam yoxladıqdan sonra, aşağı yaş qruplarına seçimlərimizi edirik.

Qarşıya qoyulan məqsəd nədir?

- İlk məqsədimiz əsas komandaya futbolçu verməkdir ki, gələn il legionerlərə çox tələb olmasın. Bizim gənc, yerli futbolçularımız çempionatımızda oynasın. İnşallah, bu il əsas komandaya 2 və ya 3 oyunçu verəcəyik. Əsas məqsədlərimizdən biri də ilk “altılıq”a düşməkdir. Bildiyiniz kimi, ötən mövsüm “Simurq” çempionatda 7-ci yeri tutdu. Ancaq bu il ilk “altılıq”a düşməklə, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik.                  

Hansı futbolçularınızı növbəti il yüksək dəstədə görürsünüz?

- Yenə qeyd etmək istəyirəm ki, bizim heyətimiz yeni formalaşıb. Ancaq buna baxmayaraq, hazırda 4-5 futbolçumuz  baş məşqçimiz Georgi Çixradze tərəfindən əsas komanda ilə məşqlərə cəlb olunur. Mütəmadi olaraq Nəsibov Arzuman, Ruslan Qetman, Alıyev Məhəmməd, Qəhrəmanov Həsən, Kazımov Cavad və İsmayılov Roini əsas heyətin hazırlıqlarında iştirak edir. Bir də ürək açan məqamlardan biri budur ki, bu uşaqlardan 3-ü Zaqatala futbol məktəbinin yetirməsidir. Onlarda Georgi Çixradze tərəfindən verilən bu şansı dəyərləndirib, özlərini yaxşı tərəfdən göstərərək əsas komandanın heyətinə daxil olmağa çalışmalıdırlar.

Köməkçi məşqçilərinizlə birlikdə iş strukturunuzu necə qurursuz?

- Köməkçilərimdən Əfəndiyev Vaqif uşaq məşqçisidir. Onunla birlikdə çiyin-çiyinə komandanı yüksəklərə qaldırmaq üçün gələn gündən çalışırıq. Digər bir köməkçi məşqçim Ramazanov Asifdir. Cavandır, son iki ildə bu komandada forma geyinib. Perspektivli gəncdir. Ona da işləmək təklifi gəldi. Mən də gördüm ki, işləmək, qavramaq qabiliyyəti yüksəkdir. Təklif elədim, oturduq, söhbət elədik. Hər bir futbolçunun vaxtı var. Nə vaxtsa futbolu buraxıb məşqçi kimi karyerasını davam etdirə bilər. Sağ olsun, düzgün qərar qəbul etdi və bu gün mənim köməkçimdir. Üçümüz birlikdə işlərimizi yüksək səviyyədə təşkil edirik. Komandanın bu cür formalaşmasında onların da böyük payı var. Rəhbərlikdə sağ olsun. Bu gün çətinliklə də olsa, bizim bütün istədiklərimizi yerinə yetirir. Komandanın cavanlaşdırma yolunda bizə tam dəstək verirlər. Komandanın bazasının rəhbərliyi, xüsusən də vitse-prezidentimiz Fərhad müəllim yaxından bizim problemlərimizlə maraqlanır və köməkliklərini əsirgəmir.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail