"Hakim Azərbaycanın qapısına 1 yox, 2 penalti təyin etməliydi" MÜSAHİBƏ

18.10.2012 | 2972 dəfə oxunub

Rusiya millisinin müdafiəçisi Andrey Yeşenko "Sport-Ekspress"ə müsahibə verib. Stadium.az xəbər verir ki, 28 yaşlı futbolçu müsahibəsində Azərbaycan millisi ilə oyun haqda danışıb:

- Rusiya millisinin üzvü olmaq necə hissdir?

- Bu, inanılmaz dərəcədə çox xoşdur. Ölkənin şərəfini qorumaq - inanılmaz, sözlə ifadə edə bilməyəcəyim hissdir.  

- 28 yaşında millidə debüt etdin. Ayaqların əsmədi?

- Sözün açığı, əvvəl bir az həyəcan var idi. İşlər qaydasında getmirdi. Nədə olsa, Rusiya millisi və debüt matçı. Xoşbəxtlikdən 2 dəqiq ötürmədən sonra hər şey qaydasına düşdü.

- Azərbaycanla görüşdən asan gəzinti gözlənilsə də, hər şey qorxulu yuxuya doğru gedirdi...

- Oyunun sonları həqiqətən də əsəbi alındı. Bunun da günahkarı özümüzük. Çünki biz hələ ilk yarıda rəqibin qapısına yol tapmalıydıq. Əgər yaxaladığımız şanslardan birini dəyərləndirə bilsəydik, hər şey tam fərqli olacaqdı. Portuqaliya ilə oyunu yada salın. Həmin matçda Azərbaycan millisi 63 dəqiqədə qapısını toxunulmaz saxladı. Lakin hesab açıqldıqdan sonra qolların ardı gəldi və yekunda Portuqaliya böyükhesablı qələbə qazandı. Amma təəssüf ki, biz sonadək öz işimizi çətinləşdirdik. Bununla belə, vacib olan qol vurmaq idi ki, onu da bacardıq. Biz bilirdik ki, işimiz asan olmayacaq.

- Penalti epizodu haqda mübahisə etməyəcəyəm. Ümumiyyətlə, necə düşünürsünüz, oyunda hakim Azərbaycan millisinin qapısına cəmi 1 penalti təyin etməliydi?

- Mənə inanın ki, hakim Azərbaycan millisinin qapısına 1 yox, 2 penalti təyin etməliydi. Mən heç vaxt boş yerə danmışıram. Simulyasiya etməyi isə ümumiyyətlə, bacamıram. Həm ilk, həm də ikinci yarıda mənə qarşı edilən kobudluqlara görə penalti verilməliydi. 100 faiz. Üstəlik, Kombarova da qarşı kobudluq edilmişdi.

- 4 oyuna 12 xal və qol buraxmamışıq. Kapello sehrbazdır?

- Belə deyək, bizim uğurumuzda baş məşqçinin rolu böyükdür. Amma unutmaq lazım deyil ki, komandamızda hamı bir-biri üçün döyüşür, meydanda bir-birinə yardım edir. Hətta hücumçular belə müdafiə xəttinə kömək edir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail