Ramiz Məmmədov: "Bundan sonra bizim itirəcək heç nəyimiz yoxdur"

17.10.2012 | 5012 dəfə oxunub

Topaz Premyer Liqasının IX turunda "Qəbələ" səfərdə "Xəzər-Lənkəran"la qarşılaşacaq. Stadium.az xəbər verir ki, cənub səfəri öncəsi "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov matç barədə fikirlərini klubun rəsmi internet saytına açıqlayıb. Mütəxəssis Lənkərana 3 xal dalınca yollanacaqlarını söyləyib:

"Bundan sonra bizim itirəcək heç nəyimiz yoxdur. Çempionatdakı hər oyunda qələbə uğrunda mübarizə aparacağıq. Buna komandanın potensialı da imkan verir. Yığmamızın oyunu ilə əlaqədar yaranan fasilədən lazımınca istifadə etdik. Futbolçuların ümumi fiziki hazırlığına diqqət yönəltdik, texniki-taktiki gedişləri, eləcə də heyətdə olan düzülüşləri bir daha nəzərdən keçirtdik, onları bir az da təkmilləşdirdik. Lənkərana 3 xal dalınca yollanırıq".

Məmmədov onun üçün Azərbaycanda səfər oyunu anlayışının olmadığını vurğulayıb:

"Lənkəran respublikamızın gözəl guşələrindən biridir. Orada çoxlu dostlarımız var. Azərbaycanın hər bir bölgəsi mənə doğmadır. Yəni, mənim üçün Azərbaycanda səfər oyunu yoxdur. Futbolçularıma da bunu öyrədirəm ki, ölkəmizin hüdudları daxilində oynayırıqsa, deməli, bizim üçün səfər matçı anlayışı olmamalıdır. Əgər ilk “altılığ”a düşüb, avrokuboklara vəsiqə qazanarıqsa, qitəmiqyaslı yarışlarda səfər oyunlarımız olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail