“Kəpəz” klununun rəsmi saytı istifadəyə verilib

17.10.2012 | 3764 dəfə oxunub

“Kəpəz” Peşəkar Futbol Klununun rəsmi saytı istifadəyə verilib. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki. indi  azarkeşlər www.pfckapaz.com yazmaqla klubun saytını izləyə biləcəklər. Bu haqda məlumatı klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib:

Məqsəd Rəhimovun sözlərinə görə saytda Gəncənin digər komandası olan “Tərəqqi” də yaddan çıxmayıb:

“Gəncənin təmsilçisi olduğundan bu klubla da bağlı mütəmadi xəbərlər yerləşdirəcəyik. Bundan başqa saytda “Tərəqqi”nin oyunlarından video görüntülər də verməyə çalışacağıq”.

Rəhimovun bildirdiyinə görə, azarkeşlər internet portal vasitəsilə canlı olaraq oyunları izləyə biləcəklər.

“Hazırda bu məsələ, demək olar ki, tam həllini tapıb. Artıq yoxlama görüntüləri də baxışdan keçirmişik. Xırda texniki məsələlərin həlli qalıb. Yaxın günlərdə tamaşaçıların ev matçları ilə yanaşı səfər görüşlərini də izləməsi üçün şərait yaradacağıq”.

Bundan əlavə klubun rəsmi Facebook səhifəsi də fəaliyyətə başlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail