"İnter" turnir təşkil edib VİDEO

17.10.2012 | 3488 dəfə oxunub


Oktyabrın 13-dən 14-dək Qusar Olimpiya Kompleksində Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxaq turnir keçirilib. Stadium.az xəbər verir ki, turnir “İnter” Peşəkar İdman Klubu və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil edilib. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qusar rayon şöbəsinin, həmçinin Qusar Olimpiya Kompleksinin dəstəyilə baş tutub. 
Turnirin əvvəlində təşkilatçılar və aralarında “İnter”PİK-in prezidenti Georgi Nikolovun olduğu da yarışın fəxri qonaqları ümümmilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Yarış 10 çəki dərəcəsində keçirilib. Qızıl medallar uğrunda üç ölkənin-Azərbaycanın, Gürcüstanın və Rusiyanın cüdoçuları mübarizə apardılar. “İnter”in idmançıları iki medal qazanmaqla fərqləniblər. Belə ki, Səfər Xudaverdiyevin yetirməsi İbrahim Aslanov 46 kiloqram çəkiyədək kateqoriyada qızıl medal qazanıb. Həmin çəki dərəcəsində Azər Mirzəyevin yetirməsi 3-cü yerlə kifayətlənib. 
 
Turnirin qaliblərinə və mükafatçılarına kuboklar, medallar və qiymətli hədiyyələr təqdim edilib. Qeyd edək ki, bu, “İnter”PİK tərəfindən təşkil edilmiş 2-ci beynəlxalq turnir olub.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail