"Azərbaycan Premyer Liqasında zəif komanda qalmayıb”

16.10.2012 | 4126 dəfə oxunub

“İnter”in yarımmüdafiəçisi Samir Zərgərov klubun rəsmi internet saytına verdiyi müsahibəsində mövsümün startından danışıb, Premyer Liqada rəqabətin güclənməsi barədə fikirlərini bölüşüb, “Simurq”la gözlənilən matçdan bəhs edib və Azərbaycan milli komandasının Rusiya yığmasıyla oyunda şanslarını dəyərləndirib. Stadium.az həmin müsahibəni təqdim edir: 

-8 tur artıq arxada qalıb. Mövsümün startını qiymətləndirməyi xahiş edirik.

-Deyə bilərəm ki, çempionat çox maraqlı keçir. Cari mövsümdə çox sürprizlər var, bəzi komandaların yaxşı çıxış etməsi əsl sürpriz oldu. Biz mövsümə pis başlamadıq və son 4 qarşılaşmanın 3-də 100 faizlik nəticə əldə etməyi bacardıq. İnşallah, uğurlu seriyanı davam etdirərik. Məqsədimiz çempionluqdur.
 
-Sürpriz komandalardan bəhs etdiniz. Deyə bilərsiniz, çempionatda “İnter”in əsas rəqibləri hansı komandalardır?
 
-Bilirsiniz,əgər ötən il çempionatda 7-8 güclü komanda vardısa, indi onların sayı kəskin artıb. Premyer Liqada zəif komanda qalmayıb. Meydana çıxan zaman rəqibdən daha çox qaçmalıyıq, mütləq çalışmalıyıq,əks təqdirdə xal itirə bilərik. Yəni demək istəyirəm ki, qələbə üçün hər oyunda tam gücümüzü ortaya qoymalıyıq.
 
-Növbəti turda “İnter”i çempionatın hazırkı lideri “Simurq”la matç gözləyir. Qarşıdakı oyun barədə və rəqib komanda haqqında nə deyə bilərsiniz?
 
-Etiraf edim ki, bu mövsüm mən “Simurq”un oyununa baxmamışam, lakin turnir cədvəlində 1-ci yerdə olduğunu nəzərə alsaq, belə demək olar ki, rəqib çox yaxşı komandadır. Bu komandanın sükanı arxasında ötən mövsüm birlikdə çalışdığımız Giorgi Çixradze dayanır. O, çox yaxşı insan və məşqçidir. Bir sözlə, bizi çox çətin matç gözləyir.
 
- Bu mövsüm ötən mövsümlə müqayisədə meydana daha az çıxırsınız. Yəqin əsas heyətdəki itirdiyiniz yeri qaytarmaq istəyirsiniz?
 
-Təbii ki, hər bir futbolçu əsas heyətdə oynamaq istəyir. “İnter”də hər futbolçuya şans verilir. Əgər məşqçi əsas heyətdə oynamağı mənə etibar edərsə, o zaman böyük arzuyla mənə göstərilən etimadı doğrultmağa çalışaram.
 
-Bu mövsümdə komandada rəqabət hissediləcək dərəcədə güclənib. “İnter”ə bir çox yaxşı futbolçu gəlib. Yeni futbolçular haqqında nə deyə bilərsiniz?
 
-Siyahını yaxşı futbolçular tamamlayıblar. Onlar çempionluq yolunda komandaya kömək etməlidirlər.
 
-Bu gün Dünya Çempionatı 2014 seçmə turniri çərçivəsində Azərbaycan səfərdə Rusiya milli komandasına qarşı oynayacaq. Bu matçla bağlı proqnozlarınızı bilmək istərdik.
 
-İstərdim ki, komandamız vətənə müsbət nəticəylə qayıtsın. Bu matç Azərbaycan futbolunun tərəqqisini bir daha təsdiqləyə bilər. Unutmamaq lazımdır ki, bizi hissediləcək dərəcədə üstələyən milli komandayla oynayırıq.Odur ki, bu oyunda hətta məğlubiyyət faciə kimi qiymətləndirilməməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail