"Balonya"nın sabiq hücumçusu: "Azərbaycan kimi komandalara qarşı oynamaq həmişə asan olmur"

16.10.2012 | 4373 dəfə oxunub

"Dinamo" və "Balonya"nın keçmiş hücumçusu, "Ufa" klubunun hazırkı baş məşqçisi İqor Kalıvanov bu gün dünya çempionatənən seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya - Azərbaycan oyunu haqda fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, Kolıvanov millimizlə oyunun ruslar üçün asan keçməyəcəyini düşünür:  

"İnanmıram ki, ilk 3 oyundakı maksimum nəticə və qol buraxmamaq komandamızda arxayınçılıq yaratsın. Əksinə, bu məqam futbolçuları daha məsuliyyətli olmağa məcbur etməlidir. Axı, ardıcıl 3 görüşdə, özü də heç də zəif olmayan rəqiblərlə qarşılaşmalarda maksimum nəticə göstərmək kiçik uğur deyil. 

Futbolda əsas amillərdən biri qapının toxunulmaz saxlanılmasıdır. İstərdim ki, bu məqam Azərbaycanla görüşdə də davam etsin. Azərbaycan kimi komandalara qarşı oynamaq həmişə asan olmur. Çünki onlar bütünlüklə müdafiəyə çəkilib, qol buraxmamaq üçün hər şey edirlər.   

İlk 20-25 dəqiqə ərzində qol vurmaq çox önəmlidir. Bu halda rəqib bir qədər "açılamağa" məcbur olacaq ki, bu da komandamızın işini asanlaşdıracaq. Ümumən götürdükdə isə, oyun Rusiya üçün heç də asan olmayacaq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail