Kazbek Tuayevdən ruslara mesaj:"Vaqif Cavadovdan qorxun"

15.10.2012 | 3854 dəfə oxunub

SSRİ millisinin sabiq üzvü Kazbek Tuayev sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya - Azərbaycan oyunu ilə bağlı "Sovetski Sport"a müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir.  

- Portuqaliya ilə oyunda sizin milli komandanızın mübarizə əzmi məni heyran etdi. Komanda əsl rus xarakteri nümayiş etdirdi! Amma oyun təşkilatçılığı baxımından gözəl bir şey görmədim. Bu cür oyunla 1-2 qarşılaşmada uğur qazanmaq mümkündür. Amma, belə oyunla böyük nəticələr əldə etmək imkansızdır. Sizin milli müdafiədən deyil, müdafiədə oynayırdı. Oyun ərzində komanda rəqibin qapısına yalnız bir neçə dəfə həmlə etdi və qapıya cəmi 2-3 zərbə oldu. Bu isə anlaşılmazdır. Axı Kapellonun sərəncamında yüksəksəviyyəli futbolçular var. 

- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ünvanına səsləndirdiyiniz tənqidi fikirlər hələ də yaddaşlardadır. Bəs, 3 il ərzində nə dəyişib?

- Mənim Foqtsa iradlarım əsasən, Azərbaycanda az vaxt keçirməsi ilə bağlı idi. Amma indi Foqts vaxtının əsas hissəsini Bakıda keçirir (Kazbek Tuayevin bu fikirləri həqiqəti əks etdirmir - red.) O ictimai həyatda fəal iştirak edir.   

İndiki mərhələdə Foqts heç də pis çalışmır. Onun gəlişindən sonra komanda bir qədər oyun təşkilatçılığında, bir qədər də nəticələrdə "artırıb". Məsəlçün, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi Türkiyəyə qalib gəlməyi bacardı. Biz artıq rəqiblərin əsəbləri ilə oynamağa başlamışıq. İndiki halda rəqiblərə həqiqətən də çətinlik yaradıb, xal qazanırıq. İnkişaf görünür. Üstəlik, gənclərin milliyə cəlb olunmasını da müsbət mənada Foqtsun aktivinə yazmaq mümkündür.    

- İndiki Azərbaycan millisinin əsas ulduzu kimdir?

- Vaqif Cavadovdan qorxun. O çox texnikalıdır və hər an sürpriz edə bilər.  

- Azərbaycanda braziliyalıların milliləşdirilməsinə necə baxırsınız?

- Orta və ortadan aşağı səviyyəli futbolçuların gətirilməsini bəyənmirəm. Bu, təhqirdir. Əgər, yaxşı futbolçular gəlirsə, hansılardan ki gənclər nəsə öyrənə bilər, o zaman mən bunu yaxşı qəbul edirəm. Bu cür hallar dünyanın istənilən ölkəsində baş verir. Biz də istisna deyilik.  

- Ümumiyyətlə, son 3 ildə Azərbaycan futbolunda nə baş verir? 

- Bir qədər güclənmişik. İndi biz Avropanın ortabab komandasına çevrilməkdəyik. Futbolçular da yaxşı qazanmağa başlayıblar. İndi böyük şirkətlər, banklar, aviakompaniyalar futbola pul xərcləyirlər. Prezidentlər özləri futbolda qazanmağa başlayıblar.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail