Aleksandr Səmədov: "Azərbaycan millisinin heyətində heç kimi tanımıram"

15.10.2012 | 3462 dəfə oxunub

Əslən azərbaycanlı olan Rusiya millisinin üzvü Aleksandr Səmədov sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirəcəkləri oyun haqda danışıb. Stadium.az xəbər verir ki, UEFA-nın rəsmi internet saytına verdiyi açıqlamada Səmədov Azərbaycan millisinin heyətində heç bir futbolçunu tanımadığını bildirib:

"Təbii ki, biz favoritik. Amma indi hər bir komanda futbol loynamağa bacarır. Bu səbəbdən də Azərbaycanla oyuna çox ciddi yanaşmalıyıq. Bu komanda səfərdə Portuqaliyaya qarşı 65 dəqiqə layiqli mübarizə aparıb. Uzun sözün qısası, rəqib möhkəm  komandadır. Oyun çətin alınacaq. Sözün açığı, Azərbaycan millisinin heyətində heç bir futbolçunu tanımıram. Yalnız onu bilirəm ki, komandaya tanınmış alman mütəxəssis Berti Foqts rəhbərlik edir. Azərbaycan millisi komanda şəklində güclüdür. Portuqaliya ilə oyunda azarkeşlərdən möhtəşəm dəstək aldıq. İnşallah, hər bir oyunda stadionda bizi canlı olaraq bu qədər futbolsevər dəstəkləyər. Biz isə onları öz oyunumuzla və qazandığımız nəticə ilə sevindirməyə çalışacağıq".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail