Yuran: "Azərbaycan millisinin hücumçularına sərbəstlik versən..."

15.10.2012 | 5048 dəfə oxunub

Rusiya millisinin sabiq hücumçusu, "Simurq"un keçmiş baş məşqçisi Sergey Yuran sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya - Azərbaycan oyunu haqda danışıb. Stadium.az xəbər verir ki, Yuran Azərbaycan millisinin səfərdə fərqli oyun nümayiş etdirdiyini bildirib: "Azərbaycan milli komandası evdə və səfərdə tam fərqli kollektivdir. Evdə oynayarkən, onlar çox fəal mübarizə aparırlar, hücuma daha çox meyl edirlər və əgər əllərinə imkan düşsə, istənilən sürprizə imza atmağa qadirdirlər. Lakin səfər oyunlarından komanda əsasən 4-5-1 taktiki sxeminə üstünlük verir. Bu halda isə komanda meydanın mərkəzində üstünlük qazanmağa çalışır".

Yuran millimizin üstün cəhətləri haqda da söz açıb: "Azərbaycan millisinin heyətində orta xətdə texnikalı, çalışqan və gözəl ötürmə vermək qabiliyyətinə malik futbolçular var. Hücumda yer alan futbolçular da dərhal geri qayıdaraq, müdafiəçilərə kömək etməyə çalışırlar. İrəlidə ya Özkara, ya da Subaşiç yer alır. Hər ikisi təhlükəli, topu özündə gözəl saxlamağı bacaran forvardlardır. Onların qol duyumlarını da qeyd etmək olar. Əgər Azərbaycan millisinin hücumçularına sərbəstlik versən, o zaman çoxlu problemlə qarşılaşa bilərsən". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail