Elxan Məmmədov: "Dünya çempionatı uğurla təşkil olundu"

15.10.2012 | 3711 dəfə oxunub

AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov dünya çempionatının yekunları ilə bağlı affa.az saytına fikirlərini bildirib:
 
"Əminliklə demək olar ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 uğurla təşkil olundu. Dünya çempionatının təşkilinə ilk gündən böyük dəstək vermiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AFFA və Yerli Təşkilat Komitəsi adından dərin minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, çempionatın yüksək səviyyədə təşkili ilə bağlı dövlət başçısı tərəfindən bir neçə sərəncam imzalandı və həmin sərəncamlardan irəli gələn məsələlərin həlli üçün dövlət strukturları böyük səylə çalışaraq mundialın keçirilməsinə töhfələrini verdilər.
 
Bu gün böyük fərəh və qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanın tarixində ən uzunmüddətli idman tədbirini müvəffəqiyyətlə başa vurduq. Sentyabrın 22-də start götürən dünya çempionatı 21 gün davam etdi. Ancaq onu da qeyd edim ki, çempionatın təşkili ilə bağlı artıq sentyabrın 5-dən etibarən FIFA nümayəndələrinin ölkəmizə uzunmüddətli ezamiyyətləri başlamışdı.
 
Turnirdə iştirak etmiş bütün komandalar üçün xüsusi qarşılanma tədbirləri keçirildi və qonaqların hamısı Azərbaycandakı qonaqpərvərlikdən son dərəcə razı qaldılar. Artıq iştirakçı komandaların hamısı doğma ölkələrinə qayıdıblar və inanırıq ki, Azərbaycanla bağlı xoş xatirələri uzun müddət yaddan çıxarmayacaqlar.
 
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində Respublika Prezidenti cənab İlham Əliyev və FIFA-nın prezidenti cənab Yozef Blatter iştirak etdi. Turnirin gedişi ərzində FIFA-nın vitse-prezidentləri, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri, müxtəlif milli futbol assosiasiyalarının prezidentləri ölkəmizə səfər etdilər və bütün qonaqlar dünya çempionatının təşkilati işləri ilə bağlı müsbət fikirlər səsləndirdilər. Final qarşılaşmasında və mükafatlandırma mərasimində dövlət başçısı cənab İlham Əliyevin və UEFA-nın prezidenti cənab Mişel Platininin iştirakı hər birimizi son dərəcə sevindirdi.
 
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin tender sənədləri FIFA-ya təqdim olunduğu zaman AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, Azərbaycanda təşkil olunacaq dünya çempionatı indiyə qədər qadınlar arasında keçirilmiş ən yaxşı dünya çempionatı olacaq. Artıq FIFA Təşkilat Komitəsinin rəhbərliyi bu fikri təsdiqləyərək qeyd edib ki, Azərbaycanda keçirilmiş qadınlararası dünya çempionatı indiyə qədər təşkil olunmuş ən yaxşı mundialdır.
 
Dünya çempionatı davam etdiyi müddətdə azarkeşlər futbol həyəcanı yaşamaqla bərabər, tanınmış incəsənət xadimlərinin də canlı çıxışlarını izləmək fürsəti əldə etdilər. Açılış oyununda dünya şöhrətli pop ulduz Cennifer Lopez, turnirin Fan Zona-sında təşkil olunmuş ilk konsertdə məşhur müğənni Okeana, final qarşılaşmasından sonra milyonların sevimlisi Şakira canlı performansı ilə azarkeşlərə unudulmaz anlar yaşatdılar. Əlbəttə, bütün bunlar ümumilikdə böyük futbol bayramının bir hissəsi idi.
 
Azərbaycanda keçirilən dünya çempionatının oyunları 21 gün ərzində dünyanın 165 müxtəlif bölgəsində canlı yayımlandı. Bu, ölkəmizin beynəlxalq aləmdə təbliğatı baxımından böyük əhəmiyyət kəsb edir.
 
Turnirin təşkilində 1000 nəfərə yaxın könüllü iştirak etdi. Çempionatın keçirilməsində yardımını əsirgəməyən könüllülərin hər birinə minnətdarlığımı bildirirəm.
 
Sevindirici məqamlardan biri çempionat dövründə sanki təbiətin də bizimlə həmrəy olmasıdır. Turnirin davam etdiyi 21 gün ərzində iqlim şərtləri, hava şəraiti ilə bağlı heç bir çətinliklə, təbiətin şıltaqlığı ilə üzləşmədik.
 
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə artıq keçmiş zamanda danışırıq. Lakin geridə qalan bu turnir gələcəyə daha nikbin nəzərlərlə baxmağımız üçün bizə əsas verir. İlk növbədə, böyük və uzunmüddətli turnirlərin təşkilində xeyli təcrübə əldə etdik. İnfrastrukturla bağlı irəliyə doğru iri addımlar atıldı. 8 KM stadionu, Bayıl stadionu inşa olundu, "Şəfa" stadionunda əsaslı təmir işləri aparıldı, "Bakı" Futbol Klubunun təlim-məşq bazasında standartlara cavab verən 3 məşq meydançası salındı. Bunlardan öncə isə "Dalğa Arena" tikilərək istifadəyə verilmişdi. Ən əsası isə, beynəlxalq futbol qurumlarına və bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycanın böyük turnirlər keçirmək üçün potensialı var və biz bunun öhdəsindən layiqincə gəlməyi bacarırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail