Millimizin sabiq qapıçısı Berti Foqtsu sərt tənqid etdi
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyunu öncəsi qonşu ölkə mətbuatı vaxtı ilə bu ölkədə legioner həyatı yaşamış həmyerlilərimizin də matçla bağlı fikirlərinə yer verir. Stadium.az xəbər verir ki, "Sport-Ekspress" milli komandamızın sabiq qapıçısı, uzun illər Rusiyada legioner həyatı yaşamış Dmitri Kramarenkodan müsahibə alıb.
"Dima" əvvəlcə millimizin hazırkı durumundan danışıb: "Mənim fikrimcə, bugünkü şəraitə görə Azərbaycan millisi yeni səviyyəyə yüksəlməli idi. Heyədə istedadlı futbolçuların sayı heç də az deyil. Amma təəssüf ki, nəticə 15 il əvvəlkindən heç nə ilə fərqlənmir. Portuqaliyaya səfər etməmişdən öncə Foqts açıq şəkildə bəyan etdi ki, biz nəticə qazanmağa yox, rəqibdən öyrənməyə gedirik. Aydın məsələdir, bizim Kriştianu Ronaldomuz yoxdur. Amma istənilən halda, məşqçi qələbəyə köklənməlidi".
Kramarenko Portuqaliya millisi ilə 1999-cu ildə keçirdiyimiz oyunu da xatırlayıb: "Sözgəlişi deyim ki, 1999-cu ildə biz portuqaliyalılarla 3 hissə başabaş mübarizə apardıq. Fasiləyə 0:0 hesabı ilə yollandıq. Birdən stadionda işıqlar söndü. Bu səbəbdən də sabahsı gün yenidən meydana çıxmalı olduq. Növbəti gün hesabda önə keçdikdən sonra 10 nəfərlə qaldıq.Son saniyələrdə isə Fiqu güc-bəla ilə qapımıza yol tapdı. Həmin vaxt Portuqaliya millisinin heyətində Fiqu ilə yanaşı bütün ulduzlar oynayırdı - Baya, Rui Koşta, Joau Pintu... Həmin oyuna görə bizə 2 min dollar mükafat verdilər. Amma indi mükafatların məbləği həmin vaxtdakından qat-qat artıqdır ki, bu da yaxşıdır. Amma nəticə əvvəlki kimi sıfırdır. Milli yalnız aradabir xal qazanır, oyun keyfiyyəti də zəifdir".
Təcrübəli qolkiper milli komandamızın baş məşqçisi Berti Foqtsu da tənqid edib: "Sözün açığı, Foqts məşqçi kimi məndə inam doğurmur. Əgər, o oyuna "öyrənmək" üçün çıxırsa, deməli biz hələ də yerimizdə sayacağıq. O Azərbaycan dilini öyrənmək barədə heç düşünmür də. Futbolçularla tərcüməçi vasitəsilə ünsiyyətdə olur. Təbii ki, millinin baş məşqçisi vaxtının böyük hissəsini işlədiyi ölkədə keçirməlidir. Şəxsən özü çempionatın oyunlarına baxmalı, gənclərə diqqət ayırmalıdır. Yalnız köməkçilərinin fikri ilə qərar vermək düzgün deyil. Amma Foqts bütün bunları etməməklə yanaşı, şikayətlənir ki, işləmək üçün lazımı şəraiti yoxdur, onun sərancamındakı futbolçular isə pisdirlər. Amma Foqts bu işin altına giribsə və bunun qarşılığında yaxşı pul alırsa, vəziyyəti nəzarət altına götüməli, bacardığının 100 faizini işinə sərf etməlidir".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |