Georgi Çixradze "Dinamo"ya məğlubiyyəti şərh etdi

15.10.2012 | 3821 dəfə oxunub

"Dinamo"yla oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze qarşılaşma haqqında fikirlərini klubun rəsmi internet saytına bildirib. Stadium.az xəbər verir ki, gürcü mütəxəssis bu yoxlama görüşünün növbəti turda "İnter"lə oyuna hazırlıq məqsədi daşıdığı qeyd edib: "Oyunun ümmumi mənzərəsinə baxsaq onu deyə bilərəm ki, bir neçə səhvlərimiz oldu. Problem onda oldu ki, heç nədən rəqibə penalti zərbəsi qazandırdıq. Qarşılaşmanın əvvəlində belə qol buraxmağımız oyunumuza psixoloji təsir göstərdi. Ümumiyyətlə, birinci hissənin əvvəli bizim üçün yaxşı başlamadı və fasiləyə 1:0 geridə yollandıq. İkinci hissədə isə standart vəziyyətdən yenidən qapımızda qol gördük. Daha sonra 3:0 hesabı ilə geri düşdük. Ancaq bunlardan 2-nin əvəzini çıxa bildik və ard-arda hücumlar təşkil etdik. Ən əsası o idi ki, güclü rəqiblə yoxlama görüşü keçirdik. Bu bizim növbəti turda “İnter”lə oyuna hazırlıq məqsədi daşıyırdı". 

Qeyd edək ki, "sarı-qaralar" sabah Zaqatala qayıdacaq və məşqlərə ara vermədən IX tura hazırlıqları doğma arenada davam etdirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail