Aleksandr Səmədov: "Azərbaycanla oyun mənim üçün xüsusi əhəmiyyət daşımır"

14.10.2012 | 4690 dəfə oxunub

Rusiya millisinin üzvü Aleksandr Səmədov bildirib ki, oktyabrın 16-da Moskvada dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun onun üçün xüsusi əhəmiyyət daşımır, baxmayaraq ki, onun atası azərbaycanlıdır. Stadium.az championat.com-a istinadən xəbər verir ki, həmyerlimiz nə vaxtsa Azərbaycan millisindən dəvət almasını da xatırlayıb: "Həqiqətən də bir vaxtlar mənə Azərbaycan millisində çıxış etməyi təklif etmişdilər. Amma mən öz seçimimi çoxdan etmişəm. Azərbaycanla görüşün mənim üçün hansısa xüsusi əhəmiyyət daşımasından danışmağa dəyməz. Azərbaycan - möhkəm komandadır. İsrail və Portuqaliya ilə oyunlara hazırlaşarkən, Azərbaycan millisinin oyunlarına baxmışıq. Portuqaliya ilə görüşdə onlar 70 dəqiqə dözdülər. Lakin sonradan 3 top buraxdılar. Bu səbəbdən də düşünürəm ki, bizimlə matçda da müdafiədən oynayacaqlar. Lakin qarşıda Kapellonun taktiki tapşırıqları var. O bizə bu avtobusu necə məhv etməyin yolunu göstərəcək". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail