Ölkə başçısı mundialın finalını izləyib

14.10.2012 | 3677 dəfə oxunub

Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin final oyunu keçirilib. Stadium.az "Azərtag.com"a istinadən xəbər verir ki, finalda Fransa və KXDR yığmaları qarşılaşıblar. 

Görüşü izləyənlər arasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də olub. Prezidentlə yanaşı, Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FİFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri də final oyununu izləyiblər.

Matç Fransanın qələbəsi ilə başa çatıb. Həlledici oyunun əsas hissəsi komandaların bərabərliyi (1:1) ilə başa çatıb. Oyundan sonrakı penalti zərbələrini daha dəqiq yerinə yetirən (7:6) Fransa futbolçuları “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin kubokuna sahib olublar.

Qeyd edək ki, sonda qalib komandaların mükafatlandırma mərasimi keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail