"İndiyədək təşkil olunmuş dünya çempionatları arasında Azərbaycanda keçirilən dünya çempionatı ən yaxşısı idi"

12.10.2012 | 3592 dəfə oxunub

“Four Seasons” otelində FIFA və Yerli Təşkilat Komitəsi FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı mətbuat konfransı keçirilib. Stadium.az xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatı təşkilat komitəsinin üzvü Anastasiya Tsiklas, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və YTK-nın stadion, infrastruktur və IT direktoru Elnur Məmmədov fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıblar.

Anastasiya Tsiklas (FIFA U-17 qadınlararası dünya çempionatı Təşkilat Komitəsinin üzvü): “Bakıda gördüklərim məni yaxşı mənada xeyli təəccübləndirdi. İnsanlar turnirə çox diqqət göstərirlər. İndiyədək təşkil olunmuş dünya çempionatları arasında Azərbaycanda keçirilən dünya çempionatı ən yaxşısı idi. İnsanlar turnirə barmaqarası yanaşmadılar. Buna görə Yerli Təşkilat Komitəsinin əməyini qeyd etmək lazımdır. Bu, sıravi tədbir olmadı. Buradakı insanlar böyük şərəf hissi keçirdilər. Azərbaycan prezidentinin açılış oyununa gəlməsi böyük hadisədir”.

Tatyana Haenni (FIFA qadın yarışlarının rəhbəri): “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də təşkilatçılıq yüksək səviyyədə idi. Buna görə AFFA-nı təbrik edirəm. Onlar işin öhdəsindən çox gözəl gəldilər. Bu, yaxşı irs oldu”.

Elnur Məmmədov (YTK-nın stadion, infrastruktur və IT direktoru): “Dünya çempionatının keçirilməsi ilə bağlı Azərbaycana göstərilən etimada görə FIFA-ya təşəkkür edirik. İnanırıq ki, qadın futbolunda mühüm addım atdıq. İnfrastrukturu yaxşılaşdırdıq, böyük təcrübə qazandıq. Əminliklə deyə bilərik ki, futbol üzrə böyük turnir keçirməyə hazırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail