Əfran İsmayılov: "Heç kim çempionatın belə maraqlı olacağını gözləmirdi"

12.10.2012 | 4062 dəfə oxunub

"Bakı" ilə oyunun hazırlıqlarını gündə 2 məşqlə davam etdirən "Qarabağ" Əfran İsmayılovun xidmətindən məhrumdur. Stadium.az xəbər verir ki, zədə səbəbindən millinin də düşərgəsinə qoşula bilməyən 24 yaşlı yarımmüdafiəçi klubun rəsmi internet saytına verdiyi açıqlamada son durumu dəyərləndirib: "Zədə əməliyyat olunan ayağımdadı. Ağrılarım əməlli-başlı azalıb. Amma risk etmək qorxuludur. Zədə daha da ağırlaşa bilər. Ola bilsin gələn həftə Türkiyəyə yollandım. Orda 1 günlük müyainə olunacam. Çalışcam ki, ən qısa zamana hazır olum".

Əfran eyni zamanda çempionatı da dəyərləndirib: "Təbii ki, heç kim çempionatın belə maraqlı olacağını gözləmirdi. "Simurq"un lider olması, "Sumqayıt"ın iddialılar üzərindəki qələbələri maraqlı idi. Çempionatda fasilələr yaransa da, yarışa maraq azalmır. "Qarabağ"a gəlincə, mövqeyimizdən həm razıyam, həm də yox. 2-ci yer hələ ki, pis olmasa da, daha çox xal toplaya bilərdik. Çempionluğa oynayan komanda mümkün qədər az xal itirməlidi. Amma gedişat onu göstərir ki, belə oyunlar çox olacaq. Hər tur gözlənilməz nəticələr qeydə alına bilər. Hər oyunda xalın belə əhəmiyyəti böyük olacaq. İnanıram ki, daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik". 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail