"Atletiko"nun baş meneceri: "Buradakı şəraiti, Bakını görəndə xoş mənada təəccübləndim"

12.10.2012 | 3938 dəfə oxunub

"Bakı" ilə əməkdaşlıq müqaviləsi imzalamaq üçün ölkəmizə gələn "Atletiko" klubunun rəsmiləri dünən axşam saatlarında klubun bazasına təşrif buyurublar. Stadiumaz xəbər verir ki, əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev “Bakı” Futbol Klubu ilə əməkdaşlıq şərtlərini müzakirə etmək üçün ölkəmizə gələn İspaniyanın “Atletiko” (Madrid) klubunun baş meneceri Migel Angel Gil Marinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qonaqlara ölkəmizdə futbolun inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də bu istiqamətdə görülən digər işlər barədə ətraflı məlumat verilib. AFFA-nın prezidentinə “Atletiko” (Madrid) klubunun futbolkası təqdim edilib. Daha sonra qonaqlar “Bakı” Futbol Klubunun bazası ilə tanış olublar. Sonda Migel Angel Gil Marinin iştirakı ilə mətbuat konfransı keçirilib.  

* Klubun prezidenti Hafiz Məmmədova şəxsən təşəkkürümü bildirəm. Monakoda Avroliqa Superkubokunu qazandığımız zamanı əməkdaşlığa başlamağı qərara aldıq. Məmmədov təklif etdi ki, “Atletiko” təcrübəsini bölüşsün və birgə inkişaf edək. “Atletiko” İspaniyada 3 ən böyük klubdan biridir. Bizim məşqlər çox yüksək səviyyədə keçir. Hafiz müəllim də istəyir ki, onlar “Bakı”da tətbiq olunsun. O, məni bura “Baki”, klubun infrastrukturu ilə tanış olmağa dəvət etdi. Buradakı şəraiti, Bakını görəndə xoş mənada təəccübləndim.

 * İmzalayacağımız müqavilə müxtəlif sahələri əhatə edəcək. İlk növbədə futbol sahəsini inkişaf etdirmək nəzərdə tutulub. Gələn ay “Atletiko”nun 2 məşqçisi bura təcrübəsi keçməyə, bölüşməyə, uşaqları inkişaf etdirməyə göndərməyə planlaşdırırıq. Burdan 4-5 futbolçu seçiləcək ki, orada təcrübə keçsin. Gələcəkdə “Bakı” ilə hansısa komandamızın yoldaşlıq görüşü keçirməyimiz nəzərdə tutulub. Üçüncü şərt kimi “Atletiko”nun atributlarının Azərbaycanda satılmağı nəzərdə tutulub.

 * Sizi əmin edirəm ki, qışda heç bir futbolçunu satmayacağıq. İndi isə “transfer pəncərəsi” bağlıdır.

 * Elə bir məqsədimiz yoxdur ki, nəyisə yeridək. Biz burada təcrübə bölüşmək istəyirik. Gələn il iyunda-iyulda Tailanda, Səudiyyə Ərəbistanda yoldaşlıq görüşəcəyik. Həmin səfər zamanı Azərbaycana da gəlməyə çalışacağıq. Bunu gün ərzində “Bakı”nın prezidenti ilə müzakirə etmişik.

 * Çin klubu ilə bağladığımız müqaviləyə əsasən 10 futbolçu bizdə təcrübə keçəcək. Əsas odur ki, istedadlılar olsun və “Bakı”dan belələrini təcrübə keçməyə götürə bilərik. Burada insanlar qərar verəcəklər ki, hansı yaşda uşaqları göndərək. Bizdə 8-15 yaşlılar məşq edir. Gördüyümüz işlər təmənnasız nəzərdə tutulub. “Bakı”da Nurlan Novruzovu çox bəyənirəm. Ümid edirəm ki, növbəti il çempion olaraq, bunu Bakıya gəlib, birgə qeyd edəcəyik.


 Mətbuat konfransının sonunda “Bakı”nın icraçı direktoru Yaşar Seyidov qonağa klubun adından xatirə hədiyyəsi təqdim etdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail