"Qəbələ" Rusiya klubuna qalib gəldi

11.10.2012 | 3738 dəfə oxunub

“Qəbələ” Rusiyanın Sankt-Peterburq şəhərində 12 yaşa qədər futbolçular arasında keçirilən “Young Talents” turnirinə uğurlu start verib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, qrup mərhələsinin ilk oyununda Rusiyanın “Oryol” klubu ilə qarşılaşan təmsilçimiz 2:1 hesabilə qalib gəlib. Matç “Qəbələ”nin üstünlüyü şəraitində keçib. Hesab isə matçın 5-ci dəqiqəsində açılıb. Oyunu yüksək səviyyədə keçirən Orxan Abdullayev Samir Qurbanovun ötürməsini dəqiq tamamlayıb - 1:0. Hücumlarını səngitməyən komandamız 11-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Təbriz İsazadə fərdi ustalığı sayəsində topu uzaq məsafədən qapıçının başı üzərindən aşırmaqla baxımlı qola imza atıb - 2:0. Hamının ilk yarının final fitini gözlədiyi vaxtda - 15-ci dəqiqədə rəqib hesab arasındakı fərqi azaldıb - 2:1.
İkinci hissədə tərəflərin fərqlənmək imkanları olsa da, hesab dəyişməyib və “Qəbələ” “Young Talents” turnirinə uğurlu start verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail