Yaşar Seyidov: "Cənab prezident haqda kitab yazmağı özümə borc bildim"

10.10.2012 | 4675 dəfə oxunub

Bir müddət əvvəl "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidovun kitab yazdığı haqda məlumat vermişdik. “Xalqını sevən lider” adlanan kitab ölkə prezidenti cənab İlham Əliyevə həsr olunub. Yaşar bəy Stadium.az saytına verdiyi açıqlamada kitab yazmasından danışıb: "Ölkə başçımız İlham Əliyev cənablarının hələ ilk dəfə ilk dəfə prezident seçildiyi zamanı mən və İsgəndər Cavadov onun tərəfdaşları olmuşuq. Cənab prezidentin görüşlərində fəal iştirak edib, onun təbliğatını yüksək səviyyədə aparmışıq. Belə bir kompaniyada iştirak etdiyim üçün çox sevinirəm. Qısa zaman kəsiyində cənab prezidentin gördüyü işlər göz qabağındadır. Azərbaycanın qazandığı beynəlxalq uğurlarda, dünya dövlətləri arasında ölkəmizin nüfuzunun artmasında, idmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlarda, Olimpiadalardakı zəfərlərdə cənab prezidentin böyük rolu var, bütün bu nailiyyətlər İlham Əliyevin adı ilə bağlıdır. Bütün bunlar onun idmana verdiyi qayğı və diqqətin nəticəsidir. Buna görə də mən özümə borc bildim ki, İlham Əliyev haqda kitab yazım. Kitabda cənab prezident haqda ürək sözlərim, fotoşəkillər, birgə görüşlərimizin tarixçələri yer alıb". 

Yaşar Seyidov "Bakı" klubunun rəhbərliyinin də idmana böyük diqqət ayırdığını deyib: "Bakı" klubunun prezidenti Hafiz Məmmədov, fəxri-prezident Anar Məmmədov da cənab prezidentin idmanda yürütdüyü siyasəti davam etdirərək, futbol sahəsinə böyük diqqət ayırırlar. Təsadüfi deyil ki, qısa zaman kəsiyində klub rəhbərliyimiz gözəl biz baza ərsəyə gətiriblər. Sevinirəm ki, Hafiz bəylə Anar bəyin gördüyü işlərdə rəhbər şəxs kimi mən də iştirak edirəm. Ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının bütün iştirakçıları bizim bazada məşq keçiblər. 16 komandanın hər birinin hazırlığı üçün yüksək səviyyədə şərait yaradılmışdı. Bildiyiniz kimi, 2016-cı ildə ölkəmizdə 17 yaşlı oğlanlar arasında Avropa çempionatının final mərhələsi keçiriləcək. Ümid edirəm ki, həmin vaxt turnirin oyunlarını qəbul edəcək stadionlardan biri də məhz bizim klubun arenası olacaq. Gələcəkdə "Bakı" klubu avrokuboklara vəsiqə qazanarkən ev oyunlarını da doğma meydanında keçirəcək. Bütün görülən bu işlər cənab prezidentin idmana verdiyi diqqətin, qayğının nəticəsidir".

Klub rəhbərləri arasında ilk kitab müəllifi olan Seyidov sözünü belə tamamladı: "Yəqin ki, gələcəkdə digər klub rəhbərləri də kitab yazarlar. Mən bunu özümə borc bildim. Artıq özümü bu işə tam hazır hesab edirdim. Kitabı yazmaqda məqsədim odu ki, qoy, futbol ictimaiyyəti, azarkeşlər də cənab prezidentin idmana olan qayğısını daha yaxından hiss etsinlər". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail