“Kəpəz”in saytı fəaliyyətini bərpa edəcək
Yaxın günlərdə “Kəpəz” azarkeşlərini növbəti müjdə ilə sevindirəcək. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, klubun rəsmi saytı yeniləndikdən sonra istifadəyə verilir. Artıq bu yöndə işlərə bir müddət öncə start verilib. Azarkeşlər www.pfckapaz.com yazmaqla yeni sayta daxil ola biləcəklər. Bu haqda məlumatı klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib:
“Çoxdandır ki, bununla bağlı rəhbərlik səviyyəsində söhbət gedirdi və nəhayət ideyamızı reallaşdırdıq. Hazırda saytda son texniki tamamlama işləri gedir və proses qarşıdakı 3-4 gündə yekunlaşacaq. Saytın hazırlanmasını Gəncədəki peşəkar dizayn qrupa həvalə etmişik. Çalışırıq ki, elektron ünvanımızda fanatları maraqlandıran bütün mövzuları əhatə edək. Saytda xəbərlər, fotoreportajlar və video görüntülər olacaq. Bununla yanaşı fanatlarımızı maraqlı rubrikalar və müsahibələr gözləyir. Bloq bölümündə azarkeşlər öz rəy və təkliflərini, fikirlərini eləcə də komanda ilə bağlı suallarını verə biləcəklər. Baş məşqçi və futbolçularla sual-cavab etmək, onların maraqlı söhbətlərini oxumaq imkanları da olacaq. Gəncə futbolunun tarixi ilə bağlı bölmənin də hamını yaxından maraqlandıracağını düşünürəm. Şəhərimizin digər komandası olan “Tərəqqi”ni də yaddan çıxarmamışıq. Gəncənin təmsilçisi olduğundan bu klubla da bağlı mütamadi xəbərlər yerləşdirəcəyik.”
Rəhimovun bildirdiyinə görə klubun köhnə saytından fərqli yeni elektron versiyada xeyli dəyişikliklər olacaq.
“Demək olar ki, köhnə saytdan əsər-əlamət qalmayıb, fanatlarımız yeni bir dizayn, fərqli bir sayt görəcəklər. Rəhbərliklə bu mövzuda söhbətimiz olub və planlaşdırmışıq ki, sayt işləyəndən sonra daha bir yenilik edək. Yəni, azarkeşlərimiz internet portal vasitəsilə canlı olaraq oyunları izləyə bilsinlər. Hazırda bunun texniki imkanlarını araşdırırıq. Tamaşaçıların ev matçları ilə yanaşı səfər görüşlərini də izləməsi üçün səy göstərəcəyik. Ümumiyyətlə, digər saytlardan fərqlənməyə çalışacağıq. Bu, həm xəbərlərin və rubrikaların bolluğu, gündəlik yenilənmə, həmçinin video görüntülərin, fotosessiyaların çoxluğu ilə özünü göstərəcək. “Tam sərbəst” adlı rubrikamız var ki, fanatlar onu çox bəyənəcəklər. Burada futbolçunun şəxsi həyatına toxunmamaq şərti ilə futboldan kənar işlərindən, hobbilərindən, həyatında baş berən maraqlı hadisələrdən söhbətlər olacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |