Böyükağa Hacıyev Azərbaycanda özündən başqa məşqçi görmədi

08.10.2012 | 5064 dəfə oxunub

Avroliqanın qrup mərhələsində “İnter”ə qarşı keçirilən oyundan öncə və sonra yerli mütəxəssislərin  Böyükağa Hacıyevin işini şərh etməsi “Neftçi”nin baş məşqçisinin xoşuna gəlməyib. Stadium.az xəbər verir ki, bu gün Topaz Premyer Liqasının VIII turunda “Turan”a qarşı oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyev həmkarlarına ismarıc göndərib. Hacıyev ad çəkməsə də, həmin məşqçilərin onun işinə qiymət verməyə haqları olmadığını bildirib: “İnter”lə oyun haqda hamı danışır. Amma həmin məşqçilərin mənim işimdən danışmağa haqları yoxdur. Çünki, mənim etdikləri Azərbaycanda heç bir məşqçi etməyib. Qoy, həmin məşqçilər əvvəlcə mənim etdiklərimin heç olmasa 50 faizini etsinlər, sonra danışarlar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail