Ötən mövsümün ən yaxşıları müəyyənləşdi

08.10.2012 | 4307 dəfə oxunub

Ötən mövsüm Premyer Liqanın ən yaxşıları müəyyənləşib. Stadium.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən aparılmış sorğu başa çatıb. İAM ayrı-ayrı nominasiyalar üzrə ən yaxşı oyunçuları və ən yaxşı baş məşqçini müəyyənləşdirib. Sorğuda 37 KİV - televiziya, internet saytları və qəzetlərdə çalışan idman jurnalistlərinin rəyi öyrənilib. Respondentlər aşağıdakı nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdiriblər:

1. Ən yaxşı qapıçı
2. Ən yaxşı müdafiəçi
3. Ən yaxşı yarımmüdafiəçi
4. Ən yaxşı hücumçu
5. Ən yaxşı baş məşqçi
6. Ən yaxşı futbolçu
7. mövsümün tapıntısı (gənc futbolçu)

Sorğuda beynəlxalq futbol qurumları FİFA və UEFA-nın bu sahədəki təcrübəsindən də istifadə olunub. Belə ki, respondentlərin hər bir nominasiya üzrə 3 nəfəri fərqləndirmək imkanı olub. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal müəyyənləşdirilib. 

Sorğunu keçirməyi İAM-a həvalə etmiş Peşəkar Futbol Liqası ilə razılaşmaya əsasən, qaliblərin adları oktyabrın 10-da 2011-2012-ci il mövsümünün ən yaxşılarının mükafatlandırılma mərasimində açıqlanacaq. 

Bununla belə, ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış “3-lüy”ü indidən bəyan edə bilərik. Bunlar Ruslan Abışov, Flavinyo və Bahodir Nasimovdur. Hər üç futbolçu ötən mövsüm “Neftçi” klubunun heyətində çıxış edib. Flavinyo və Nasimovdan fərqli, Abışov hazırda karyerasını “Neftçi”də yox, “Xəzər Lənkəran”da davam etdirir. Mərasim zamanı onların hər üçü səhnəyə dəvət olunacaq və ən çox səs toplamış futbolçu rəsmən açıqlanacaq. 

Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbir saat 18:00-da başlanacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail