AFFA və UNICEF Azerbaijan birgə tədbir keçirib

08.10.2012 | 3481 dəfə oxunub

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Dənizkənarı Milli Parkda fəaliyyət göstərən Fan Zona-sında AFFA və UNICEF Azerbaijan birgə tədbir keçirib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, UNICEF Azerbaijan-ın rəhbəri Mark Hereward çıxış edərək AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işləri xatırladıb. Tədbirdə qadınlardan ibarət BTİ (Təhsil) klubunun oyunçuları və müxtəlif sahələrdə çalışan tanınmış şəxslərdən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilib. Komandaların üzvləri "İdmanla məşğul olaq, sağlamlığımızı qoruyaq", "Zərərli vərdişlərdən uzaq olaq", "Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək" və s. bu kimi sosial yönümlü şüarlar səsləndiriblər. Yoldaşlıq oyunu 16:7 hesabı ilə BTİ komandasının xeyrinə başa çatıb. Oyundan sonra iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, AFFA və UNICEF Azerbaijan arasında bir ildən artıqdır ki, əməkdaşlıq mövcuddur. Əsas hədəfi U-17 UNICEF qızlar Liqasında çıxış edən klublar olan əməkdaşlıq çərçivəsindəki tədbirlərin əksəriyyətini tədris yönümlü treninqlər təşkil edir. Treninqlər zamanı qızlara sağlam həyat tərzi(sağlam qidalanma, idmanla məşğul olmağın faydası, zərərli vərdişlərin və erkən nikahların mənfi məqamları) və uşaq haqları mövzusunda ətraflı məlumat verilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail