"Bakı" klubunun futbolun inkişafına belə diqqət ayırması təqdirəlayiqdir" VİDEO

08.10.2012 | 6358 dəfə oxunub

Azərbaycanda təşkil olunan U-17 qızlar arasında Dünya Çempionatının iddialı komandalarından olan Yaponiya U-17 milli komandasının üzvləri "Bakı"ya təşəkkür ediblər. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, təxminən, 3 həftə ərzində "Bakı" futbol klubunun təlim-məşq bazasının meydanlarında məşq edən yaponiyalı qızlar burada yaradılan şərait və ideal infrastrukturdan məmnun qaldıqlarını, klubumuzun personalına göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Yaponiya milli komandasının baş məşqçisi "Bakı" futbol klubunun televiziyasına verdiyi müsahibədə hazırlıq üçün ideal şərait yaradıldığını, bu səbəbdən klub rəhbərliyi və personala təşıkkür etdiyini açıqlayıb.: "Burada gördüklərim məni sevindirdi. Baza və şərait çox xoşumuza gəlir. Meydanların ot örtüyü əla vəziyyətdədir, qızlar burada məşq etməkdən zövq alırlar. "Bakı" futbol klubunun futbolun inkişafına belə diqqət ayırması təqdirəlayiqdir. Biz burada keçirdiyimiz məşqlər ərzində mehriban və diqqtəli insanların əhatəsində olduğumuzu hiss etdik. Bu səbəbdən klub rəhbərliyinə təşəkkür edirəm. Belə mükəmməl meydanlara sahib olan klub tezliklə öz sözünü deyəcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail