Maurinyo: "İmkan verin, əvvəlcə oyunu keçirək, bu qədər bədbin olmayın" MÜSAHİBƏ

07.10.2012 | 4568 dəfə oxunub

"Real"ın baş məşqçisi Joze Maurinyo "AS" qəzetinə qısa müsahibə verib. Stadium.az xəbər verir ki, Maurinyo müsahibəsində bu gün baş tutacaq "El Klassiko" haqda danışıb. 

- "Barselona" və "Real" yaxşı komandalardılar. Hər iki tərəf qələbə qazanmaq istəyir. İndi oyunun necə baş tutacağını proznozlaşdırmaq çətindir. Biz hər şeyi sabah (söhbət dünən olub - red.) görəcəyik.

Biz oyuna tam hazırıq. O ki qaldı rəqibə, düşünürəm ki, "Barselona" Pike və Puyolun itkisinin öhdəsindən gələcək. Rəqibin heyətində kifayət qədər yüksəksəviyyəli futbolçular var ki, bu da kadr problemlərinin öhdəsindən gəlməyə imkan verir. 

Mən deyə bilmərəm ki, start heyətində meydana Modriç və ya Özil çıxacaq. Bizim start heyətimizi siz yalnız oyundan əvvəl öyrənə bilərsiniz. Yalnız onu əminliklə deyə bilərəm ki, hücumda Benzema ilə İquayn tandem təşkil etməyəcək. Onlardan yalnız biri meydana start heyətində çıxacaq.

- Heç-Heçə "Real"ı qane edəcək? 

- Bu suala dəqiq cavab verə bilmərəm. Hər şey oyunun gedişatından asılıdır. Əgər biz əla oynayıb, xeyli sayda qol imkanı yaratsaq, o zaman heç-heçə çox pis nəticə sayılacaq. Lakin digər tərəfdən biz pis oynayıb, uduzmasaq, o zaman heç-heçə qaneedici yekun olacaq. 

- Uduzsanız, "Real"ın La Liqadakı durumu necə olacaq?

- İmkan verin, əvvəlcə oyunu keçirək. Bu qədər də bədbin olmayın. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail