"Rəvan" - "İnter" oyunundan maraqlı məqamlar

05.10.2012 | 4914 dəfə oxunub

Dünən Bayıl stadionunda keçirilən “Rəvan”-“İnter” matçı bir neçə maraqlı faktlarıyla yadda qaldı.  Stadium.az "İnter"in rəsmi internet saytına istinadən xəbər verir ki, maraqlı məqamlar aşağıdakıdır: 

* Matçın 26-cı dəqiqəsində fərqlənən Nizami Hacıyev cari Premyer Liqanın 100-cü qoluna imza atdı.

* “İnter” mövsümdə dördüncü dəfədir qapısından qol buraxmadı. Cari mövsümdə komanda yalnız “Qarabağ”, “Qəbələ” və “Turan”la keçirilən matçda oyuna mərkəzdən başlayıb.
 
* Nizami Hacıyev və Baçana Tsxadadze  cari mövsümdə “İnter”in heyətində fərqlənən 6-cı və 7-ci futbolçular oldular. Maraqldır ki, “İnter”in yeddi oyunçusunun aktivində bir qol var.
 
*“Rəvan”la matç cari mövsümdə qapıçı Revaz Tevdoradze və yarımmüdafiəçi Samir Zərgərov üçün debüt oyun oldu. Lakin Samir ötən mövsümdə də “İnter”in heyətində meydana çıxmışdısa, Revaz üçün bu qarşılaşma Azərbaycan çempionatında ilk matç oldu. Qeyd edək ki, bu mövsümün ilk 7 oyununda “İnter”in heyətində meydana 21 oyunçu çıxdı: 8 yerli futbolçu və 13 legioner.
 
* Mövsümdə ikinci dəfə komanda bir qarşılaşmada 1-dən artıq qol vurmaq mümkün oldu. Belə ki, bunadək yalnız “Turan”la oyunda 3 qol qeydə alındı, 2 oyunda komanda hər matça 1 qol vurdu və 3 matçda “İnter” rəqibin qapısına yol tapa bilmədi.
 
* "İnter”-“Rəvan” qarşılaşmalarında komanda rəqibə xal toplamağa imkan verməyib. Xatırladaq ki, ötən mövsüm komandalar arasında baş tutmuş hər iki oyunda “İnter” qələbə qazanıb (2:1,1:0). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail