Mendi 10-a çatdı

05.10.2012 | 4090 dəfə oxunub

Topaz Premyer Liqasının VIII turunda “Bakı”nın qonağı olan “Qəbələ” səfərdən 1 xalla qayıdıb. Stadium.az "Qəbələ"nin rəsmi internet saytına istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşma Viktor Mendi üçün əlamətdar olub. Legioner komandada yubiley – 10-cü qolunu vurub.

- Viktor Mendi cari mövsümdə ilk qolunu vurdu. O, sonuncu dəfə ötən mövsümün 31-ci turunda – mayın 5-də “Xəzər Lənkəran”la səfərdəki qarşılaşmada qol vurmuşdu. Mendi 152 gündən sonra qol həsrətinə son qoydu.
- Bu qol Mendinin “Qəbələ”də 10-cu topu oldu. O, komandada ən azı 10 qol vuran 9-cu futbolçu kimi tarixə düşdü: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hərəsi 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Paulo Hilario, Viktor Mendi – hərəsi 10.
- Mendi Premyer liqada “Qəbələ” formasında ən çox qol vuran 6 oyunçudan biridir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hərəsi 11, Viktor Mendi - 10, Luiz Paulo Hilario, Yannik Kamanan – hərəsi 9.
- Komanda tarixində 240, Premyer Liqada 180-ci oyununu keçirdi.
- “Bakı”nın futbolçusu Aleksandar Şoliçin vurduğu top “Qəbələ”nin Premyer Liqada buraxdığı 200-cü top oldu.
- Komanda ölkə çempionatının güclülər dəstəsində 90-cı səfər matçına çıxdı.
- Ramiz Məmmədovun baş məşqçiliyi altında ümumilikdə 120-ci oyun həm də 60-cı səfər qarşılaşması oldu. Viktor Mendinin qolu bu görüşlərdəki 60-cı top oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail