“Neftçi” dünya klublarının reytinqində 46 pillə irəlilədi

ÇEMPİONUMUZ “SPARTAK”, “FEYENORD”, “FIORENTINA”, “ESPANYOL”, “SEVILYA” KİMİ TANINMIŞ KLUBLARI GERIDƏ QOYDU

02.10.2012 | 3675 dəfə oxunub

Beynəlxalq Futbol Federasiyaları Tarixi və Statistikası (İFFHS) dünya klublarının növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, 429 klubun adının yer aldığı siyahıda yeganə təmsilçimiz olan “Neftçi” ötən ayla müqayisədə 46 pillə irəliləyib. Ötən ay 305-ci pillədə qərarlaşan “ağ-qaralar” hazırda 259-cu pillədə qərarlaşıb. “Neftçi”nin aktivində 78 reytinq balı var. Çempionumuz sıralamada “Spartak” (Moskva, Rusiya), “Feyenord” (Hollandiya), “Fiorentina” (İtaliya), “Espanyol”, “Sevilya” (hər ikisi İspaniya), “Kruzeyro” (Braziliya), AEK (Yunanıstan) kimi tanınmış klubları geridə qoyub.    

Avroliqanın qrup mərhələsində “Neftçi” ilə eyni qrupda yer alan “İnter” 28-ci, “Rubin” 95-ci, “Partizan” isə 105-ci pillədə qərarlaşıb.

Siyahıya əvvəlki kimi “Barselona” başçılıq edir. Çilinin “Universidad” klubu ikinci, Argentina “Boka Xuniros”su üçüncüdür. “İlk 10-luq”da həmçinin “Real”, “Atletiko”, “Çelsi”, “Bavariya”, “Korintians”, “Atletik” və “Veles Sarsfild” klubları qərarlaşıb.

Türkiyə klublarından “Fənərbaxça” 56-cı, “Bursaspor” 112-ci, “Beşiktaş” 114-cü, “Trabzonspor” 139-cu, “Əskişəhirspor” 145-ci, “Qalatasaray” 163-cü, “Sivasspor” 325-ci, “Karabükspor” 385-ci pillədədir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail