Xarici jurnalistlər "Bakı"nın bazasını ziyarət ediblər FOTOLENT

29.09.2012 | 3887 dəfə oxunub

Bu gün Kir Reydnicin rəhbərliyi altında Beynəlxalq İdman Jurnalistələri Assosiasiyasının bir qrup üzvü "Bakı" futbol klubunun təlim-məşq bazasını ziyarət ediblər. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, qonaqları "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov və "Toplu Bakı" jurnalının baş redaktoru Nail Əliyev qarşılayıblar. Bazanı gəzin-dolaşan jurnaıistlər klubumuzun futbol akademiyası, klub muzeyi və futbol meydanları ilə tanış olublar.

Bundan sonra təşkil olunan toplantıda çıxış edən klub nümayəndələri və qonaq jurnalistlər "Bakı" futbol klubunun bu idman növünün inkişafı naminə atılan addımlar barədə danışıblar. Bazada aparılan inftastruktur çalışmalarını yüksək qiymətləndirən Kir Reydnic Nail Əliyevə assossiasiyanın döş nişanını təqdim edib. Xatırladaq ki, Nail Əliyev tarix üzrə fəlsəfə doktorudur.

Yaşar Seyidov qonaqlara prezident İlham Əliyevə həsr etdiyi müəllif kitabını bağışlayıb. Xarici jurnalistlərə "Bakı" futbol klubunun simvolikaları hədiyyə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail