"Artıq istədiyimiz nəticələri almaqdayıq"

29.09.2012 | 3472 dəfə oxunub

Əvəzedicilər çempionatına istədiyi kimi start verə bilməyən “Qəbələ” ardıcıl 2 böyükhesablı qələbə qazanmaqla birincilikdəki iddiasını ortaya qoydu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, iki qarşılaşmada rəqiblərini 11 (“Qəbələ”-“Rəvan” 5:2, “Qəbələ”-AZAL 6:0) dəfə məyus edən komandanın oyun üslubunda yüksəliş hiss olunur. Təbii ki, sözügedən inkişafda komandanın baş məşqçisi Luis Araqonun əməyi danılmazdır.  AZAL-la qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la paylaşan ispan mütəxəssis zaman keçdikcə istədikləri oyun üslubunu ortaya qoyduqlarını, bunun da nəticələrdə özünü göstərdiyini bildirib:

“Çempionat start götürmədən öncə komandanın komplektləşməsi, yeni oyun üslubuna uyğunlaşması üçün müəyyən zamana ehtiyac olduğunu demişdik. Bu zaman kəsiyində tələblərimizi, istəklərimizi futbolçulara aşılamağa çalışdıq. Gərgin və müntəzəm məşqlərlə hədəflərimizə yaxınlaşırıq. Artıq istədiyimiz nəticələri almaqdayıq. Məqsədimiz kollektiv oyun nümayiş etdirən mübariz komanda formalaşdırmaqdır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail