"İnter"in müdafiəçisi Dominikan Respublikasının millisində

28.09.2012 | 4299 dəfə oxunub

“İnter”in müdafiəçisi Haynts Barmettler artıq bir həftədən çoxdur “Caribbean Cup” turnirində iştirak edən Dominikan Respublikasının milli komandasının  ixtiyarındadır. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 2009-cu ildə futbolçu İsveçrə millisinin heyətində 1 oyun keçirib. Lakin sonradan H.Barmettler yığmaya çağrılmayıb. Bu il isə futbolçuya anasının vətəni olan Dominikan Respublikasından yığma komandaya dəvət gəlib. H.Barmettler dəvəti qəbul edib, tərəflər FİFA-ya müraciət ediblər və təşkilat da oyunçuya Dominikan millisində çıxış etməyə icazə verib. 

Sentyabrın 24-dən Barbadosda turnirin 1-ci qrup mərhələsinin oyunları başlayıb. Dominikan Respublikasının milli komandasının heyətində H.Barmettler əvəz olunmadan 3 qarşılaşma keçirib. İlk qarşılaşmada Dominikan Respublikası Aruba yığmasıyla sülh bağlayıb - 2:2, daha sonra Barmettlerin yığması ev sahibi Barbados millisini üstələyib - 1:0, son turda isə dominikanlar Dominika yığmasını məğlub ediblər - 2:1. Nəticədə Dominikan Respublikası qrupunda 1-ci yeri tutub və növbəti mərhələyə vəsiqə qazanıb. 
 
Qeyd edək edək ki, müdafiəçi sentyabrın 30-da Bakıya qayıdacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail