"Son oyunlar doğru yolda olduğumuzu sübut edir"

27.09.2012 | 3990 dəfə oxunub

“Qəbələ” U-16 və “Fənərbaxça” U-16 (1:1) matçından sonra komanda rəsmiləri fikirlərini gabalafc.az-la bölüşüblər. Stadium.az xəbər verir ki, “Fənərbaxça” Futbol Akademiyasının direktoru Şenol Çorlu “Qəbələ”nin futbolun inkişafı istiqamətində gördüyü işləri dəyərləndirərək komandanın doğru yolda olduğunu söyləyib:

“Hər şeydən öncə qardaş ölkə təmsilçisini burada görməkdən çox məmnunuq. Fürsət düşən kimi biz də Azərbaycana gəlmək istəyirik. Bu gün gözəl oyun və gərgin mübarizənin şahidi olduq. “Qəbələ”nin heyətində çox istedadlı futbolçular var. İnfrastrukturun inkişafı istiqamətində Qəbələdə görülən işlərdən xəbərdarıq. Ötən mövsümün sonunda keçirdiyiniz beynəlxalq turnir haqqında xoş sözlər eşitmişik. Əminliklə deyə bilərəm ki, doğru yoldasınız”.

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı komandanın əvvəlki dövrlə müqayisədə təcrübə və oyun üslubu baxımından xeyli inkişaf etdiyini bildirib:

“1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandamız bir çox turnirlərdə və xarici səfərlərdə olub. Əvvəlki dövrdə futbolçularımızın fiziki baxımdan rəqiblərindən geri qalırdılar. Lakin son iki oyunda – “Beşiktaş”a və “Fənərbaxça”ya qarşı matçlarda komandamız yüksək səviyyəli oyun nümayiş etdirdi. Futbolçularımız həm fiziki, həm də psixoloji baxımdan yaxşı mübarizə apardılar. Hesabda geri düşmələrinə baxmayaraq, oyunun tempini aşağı salmadılar və sona qədər “döyüşdülər”. Bütün bunlar düzgün yolda olduğumuzu sübut edir. Hələ ki, komandamız potensialının 40 faizini nümayiş etdirir. Potensialımızın 80-90 faizini nümayiş etdirəcəyimiz təqdirdə futbolçularımız həm “Qəbələ”nin əsas komandası, həm də Azərbaycan yığmasında çıxış üçün tam hazır olacaqlar.”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail