Valeri Abramidze: “Neftçi” ilə oyunun təxirə salınması yaxşıdır”

27.09.2012 | 4570 dəfə oxunub

“İnter”in müdafiəçisi Valeri Abramidze klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- AZAL ilə baş tutmuş oyun barədə nə deyə bilərdiniz? İkinci hissədə komandamız bir neçə təhlükəli vəziyyət yaratdı, lakin nominal ev sahiblərinə qol vurmaq mümkün olmadı.

- Deyim ki, hava şəraiti və ot örtüyünün vəziyyəti hər iki komandaya öz oyununu nümayiş etdirməyə imkan vermədi. Hesab edirəm ki, ümumilikdə nəticə qanunauyğundur. Bəli, ikinci hissədə biz yaxşı oynadıq, ancaq bununla belə, qol vura bilmədik. Biz AZAL-ın əks-hücumlarda oynamaq bacarığından məlumatımız vardı və düşünürəm ki, rəqibin hücum potensialını neytrallaşdırmaq bizə müyəssər oldu.

- Hazırda komanda “Neftçi” ilə oyuna hazırlaşırdı, lakin matçı başqa günə keçirdilər...

- Bəli, biz “Neftçi” ilə qarşılaşmaya hazırlaşırdıq, ancaq oyunu başqa tarixə keçirdilər. Bu, bir tərəfdən yaxşıdır, axı oradakı meydançada öz oyununu nümayiş etdirmək çətindir.

- “İnter” üçün doğma “Şəfa” stadionunda artıq yenidənqurma işləri başa çatdı. Yenilənmiş stadion necə təsir bağışlayır?

- Stadion yaxşı istiqamətə dəyişib. İndiki görünüşü mənə çox xoş təsir bağışlayır. Yenidənqurma işləri stadionun ancaq xeyrinə olub.

- Bu il Premyer Liqada rəqabət hissediləcək dərəcədə güclənib. Hər bir komanda digər komandanı məğlub etmək iqtidarındadır. Yəqin bu fikirlə razılaşırsınız.

- Çempionatda oynamaq həmişə çətindir. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə çıxması çempionatın tərəqqisindən xəbər verir. Buraya səviyyəli legionerlər gəlməyə başlayıblar, bir çox yaxşı futbolçular burada oynamaq istərdilər.

- “İnter”in növbəti rəqibi “Rəvan” komandası olacaq. Bu komanda barədə nə deyə bilərdiniz? Və “İnter” bu qarşılaşmada nəyə arxalana bilər?

- Biz həmişə meydana yalnız qələbə üçün çıxırıq. Və bu planda “Rəvan”la matç da istisna deyil. Lakin bu komandaya haqq qazandırmaq lazımdır, onlar çox keyfiyyətli futbol oynayırlar. Bu komanda özünü incitməyə imkan vermir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail