“Neftçi”yə qarşı oynayan futbolçu 1 pivə bankasına görə 100 min avro ödəyəcək

27.09.2012 | 4239 dəfə oxunub

Zaqreb “Dinamo”sunun müdafiəçisi Domaqoy Vida böyük məbləğdə cəriməyə məruz qalıb. Stadium.az xəbər verir ki, Vida klub rəhbərliyi tərəfindən 100 min avro cərimələnib. Buna səbəb müdafiəçinin klubdaxili nizam-intizam qaydalarını pozmasıdır. Belə ki, ölkə kuboku çərçivəsində oyuna yollanarkən Vida komandanın avtobusunda pivə içməyə cəhd edib. O pivə bankasını açdıqdan dərhal sonra baş məşqçi Ante Çaçiç avtubosu saxlatdıraraq, futbolçunu küçəyə atıb. Məhz bu səbəbdən də Vida 100 min avro həcmində cəriməyə məruz qalıb. Xorvatiya mətbuatının yazdığına görə, cərimə futbolçunun 3 aylıq maaşına bərabərdir. Xorvat həmkarlarımız onu da qeyd ediblər ki, cərimələndiyi məbləğə futbolçu 50 min banka pivə ala bilərdi.

Xatırladaq ki, Vida ötən il “Dinamo”nun heyətində Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirilən hər iki görüşdə 90 dəqiqə meydandan olub.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail