Joze Maurinyo futboldan gedəcəyi vaxtı açıqladı

26.09.2012 | 8705 dəfə oxunub

Joze Maurinyo futboldan gedəcəyi baxtı açıqlayıb. Stadium.az xəbər verir ki, Maurinyo minimum 70 yaşına qədər çalışacağını deyib: “Mən Aleks Ferqyussonun hələ də nəyə görə baş məşqçi kimi çalışmasını gözəl anlayıram. Mən də 70 yaşına kimi çalışmaq istəyirəm. Əmin ola bilərsiniz, mən 70 yaşımdan tez futboldan getməyəcəyəm. Futbolu və məşqçilik sənətimi çox sevirəm. 50 yaşım tamam olduqdan sonra özümü daha gənc hiss edəcəyəm. Əminəm ki, yaşlaşsam belə, indiki səviyyədə qalacağam”.

Maurinyo çox xoşbəxt insan olduğunu deyib: “50 yaş insan həyatında xüsusi yer tutur. Bu yaşda insan başa düşür ki, yer kürəsi dayandaman, çox tez hərəkət edir və bizim həyatımız qısadır. Amma istənilən halda nikbin insanam və gələcəyə də nikbin baxıram. Ona görə xoşbəxtəm ki, mən mümkün olmayan işləri həyata keçirmişəm. Allahıma təşəkkür edirəm ki, bütün bunları qazanmaqda mənə yarımçı olub”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail