Oxucuların nəzərinə!

26.09.2012 | 5974 dəfə oxunub

Stadium.az saytında bir müddət əvvəl 4 müsabiqə keçirildi. Müsabiqənin yekunlarına əsasən, 12 qalibimiz oldu. Bütün qalibləri bir araya gətirib, eyni vaxtda mükafatlandırmaq istəsək də, yalnız 6 qalib bizə əlaqə nömrələrini göndəriblər. Ən acınacaqlısı odur ki, qaliblərdən bəziləri bizi ittiham edərək, hədiyyəsini vermədiyimizi yazır. Halbuki həmin oxucu (etika qaydalarını gözləyərək adını yazmırıq) bizə əlaqə nömrəsini yazmayıb. Bu halda biz sizi necə mükafatlandıra bilərik? Əgər siz bizimlə əlaqə saxlamırsınızsa, biz sizə necə hədiyyənizi verə bilərik? Hədiyyənizi sizin e-mail ünvanınıza göndərək? Son 2-3 gün ərzində isə saytımıza QALİB OLMAYAN oxucular adından məktublar gəlir. Hədiyyələrini almamalarından şikayətlənirlər. Halbuki həmin ad və soyadlı şəxslər bizim sorğumuzda qalib olmayıblar. Maraqlıdır ki, həmin “oxucu” sanki nədənsə çəkinirmiş kimi, heç e-mail ünvanını və ya telefonunu da yazmır ki, onunla əlaqə saxlayıb, dərdinin nə olduğunu anlayaq.

İlk növbədə mükafatlandırma mərasiminin gecikməsinə görə həqiqi qaliblərimizdən üzr istəyirik. Lakin bunun müəyyən səbəbləri var. Mükafatlarınıza qovuşacağınız zamanı qaliblər ətraflı söhbət edəcəyik və onlar bizi anlayışla qarşılaşayacaqlar.

Qaliblərimizin nəzərinə - Stadium.az saytında keçirilən müsabiqələrin qalibləri OKTYBARIN 6-DA (bu son və dəqiq tarixdir) redaksiyamızda mükafatlandırılacaq. Mükafatlandırma mərasiminin bir qədər yubanması səbəbsiz deyil. Bayaq da qeyd etdiyimiz kimi, bir tərəfdən bəzi qaliblərimiz hələ də əlaqə nömrələrini bizə yazmayıblar. Digər tərəfdən də “Neftçi” - “İnter” görüşü ilə bağlı da saytımızda sorğu keçiriləcək və 5 müsabiqənin qalibi eyni anda mükafatlandırılacaq.

Gələn həftənin şənbə günü - oktyabrın 6-da qaliblər redaksiyamızda mükafatlandırılacaq. Hədiyyə qazanmaqla yanaşı qaliblərimizin fotoları, eləcə də onlar haqda məlumatlar saytımızda yerləşdiriləcək.

Keçirdiyimiz 4 müsabiqənin yekununa əsasən 12 qalib olsa da, onlardan biri - Nəbi Tanrıverdiyev 2 qat qalibdir. Digər qaliblərimizdən - Məhəmməd Eminov, Rövşən İbadzadə, Vasif Yusifov və Abbas İbadzadə əlaqə nömrələrini bizə göndərib. Lakin Niyal Şəfaqətov, Yadulla Əkbərov, Kənan Quliyev, Ramin Mirzəyev, Elşən Hüseynov və Vüsal Süleymanov hələ də bizə əlaqə nömrələrini yazmayıblar. Bu səbəbdən də adıçəkilən 6 nəfərdən xahiş edirik ki, əlaqə nömrələrini bu xəbərin şərh bölümünə, ya da[email protected] e-mail ünvanına göndərsinlər. Son tarix 30 sentyabrdır. Əks halda siz mükafatınızı ala bilməyəcəksiniz. Bütün qaliblərimizlə əlaqə saxlanılacaq və şənbə günü gəlməli olduqları ünvan bildiriləcək. Diqqətinizə və anlayışınıza görə hər birinizə təşəkkürümüzü bildiririk. Kimin nə ürək sözü varsa, öz adından bu xəbərin şərh bölümünə, ya da[email protected] e-mail ünvanına yaza bilər. 



  #9   Adınız: ibadzadə İlkin;   E-mail: ---

27.09.2012 00:20

Bax bu ela oldu..Men de sizin novbeti musabiqenizde istirak edecem insallah.Menim ucun cox maraqlidir ki hediyyeler ne olacaq....

  #8   Adınız: Vahid Ayxan;   E-mail: ---

27.09.2012 00:17

Hörmətli İlkin bəy təşəkkür edirəm. Hörmətiniz
qarşılıqlıdır.razıyam, gəlin söhbəti baglayaq. Biz
oxucularımızla mübahisə etmək yox, qarşılıqlı anlaşma qurmaq
istəyirik.Müsabiqələr də məhz bunun üçün təşkil olunur.
Oktyabrın 6-da qaliblər redaksiyamıza mükafatlandırılacaq.
Əmin olun ki Stadium.az saytının əməkdaşları tam şəffaf
şəkildə çalışırlar. Sizə də məsləhət görərdik ki bizim
növbəti müsabiqəmizdə siz də iştirak edəsiniz və müsabiqənin
tam şəffaf şəkildə keçdiyinə əmin olasınız. Hər birinizə
təşəkkürlər edirik.

  #7   Adınız: ibadzadə İlkin;   E-mail: ---

27.09.2012 00:12

Vahid muellim gelin sohbeti baqlayaq, men sizin xetrinizi daqlar qeder cox isteyirem,

  #6   Adınız: Vahid Ayxan;   E-mail: ---

26.09.2012 23:54

Hormetli İlkin bey. Sizinle tanis olmagimiza cox sad oldum.
Cox sevinirem ki sizin kimi diqqetli oxucumuz var. Amma mene
qaranliq qalan meqam sizin qaliblerden daha cox canfesanliq
etmeyinizdir. Bizim qalibler hec sizin qeder narahat
deyiller. Hetta evvel yazdiqlariniz hec adi oxucunun
yazdiqlarina oxsamirdi....bizi ittiham edirdiz. Size kim haqq
verib ki hansisa qalibin adindan danisasiz?

  #5   Adınız: Stadium.az;   E-mail: ---

26.09.2012 23:53

Neftci - İnter oyunu ilə bagli saytimizda musabiqeye oktyabrin
2-de start verilecek

  #4   Adınız: İbadzade İlkin;   E-mail: ---

26.09.2012 23:07

Men sizin daimi oxucunuzam

  #3   Adınız: Ramin Mirzəyev;   E-mail: ---

26.09.2012 23:05

Neftci-İnter oyunu ile baqli musabiqe ne vaxt olacaq deqiq?

  #2   Adınız: Stadium.az;   E-mail: ---

26.09.2012 21:37

Neftçi - İnter oyunu ilə bagli neticeleri hele yazmayin.hemin
musabiqe hele start goturmeyib. Musabiqeye start verildikden
sonra yazarsiniz

  #1   Adınız: Vahid Ayxan;   E-mail: ---

26.09.2012 21:36

İbadzadə İlkin - siz ümumumiyyetle kimsiz, bilmek olar? Bizim
müsabiqemizdə İlkin adlı qalib yoxdur!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail